
İsrail Livana genişmiqyaslı zərbələr endirdi
İsrail Müdafiə Qüvvələri (SAXAL) Livanda "Hizbullah"ın silah anbarlarına, raket qurğularına və raketçilərdən ibarət dəstələrə zərbələr endirdiyini bildirib.
İsrail Müdafiə Qüvvələri (SAXAL) Livanda "Hizbullah"ın silah anbarlarına, raket qurğularına və raketçilərdən ibarət dəstələrə zərbələr endirdiyini bildirib.
Gundem.today xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bəyanatda qeyd olunur ki, İsrail ordusu artilleriya və aviasiya vasitəsilə "Hizbullah"ın İsrailə və hərbçilərə qarşı hücumlar üçün istifadə etdiyi hərbi infrastrukturu hədəf alıb.
Zərbə endirilən hədəflər arasında raket atəşinə hazırlaşan qruplar, istifadəyə hazır raket qurğusu, silah anbarı və digər hərbi obyektlər olub.
Bundan əlavə, hərbi obyekt daxilində yerləşən silahlı qruplaşmaya və motosikletlə hərəkət edən silahlıya qarşı da zərbələr endirildiyi bildirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaKolumbiyada terror aktı nəticəsində azı 20 nəfər ölüb
Kolumbiyanın cənub-qərbində yerləşən Kauk departamentində baş verən partlayış nəticəsində ölənlərin sayı 20-yə çatıb.
DünyaƏraqçı İslamabadda İranın nüvə proqramını müzakirə edəcək?
İranın xarici işlər naziri Abbas Əraqçı İslamabada növbəti səfəri zamanı Pakistan tərəfi ilə nüvə proqramını müzakirə etməyi planlaşdırmır.
DünyaTramp NATO-dan ciddi məyus olduğunu bildirib
ABŞ Prezidenti Donald Tramp Şimali Atlantika Müqaviləsi Təşkilatından (NATO) çox məyus olduğunu açıqlayıb.
DünyaVaşinqtondan tələb: Radioaktiv materiallar İrandan çıxarılsın
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İranla danışıqlar zamanı bu ölkənin ərazisindən nüvə yanacağı və digər radioaktiv materialların çıxarılmasını müzakirə edir.