
İsrail Livanda yeni itkilər verib
İsrail ordusu Livanın cənubunda yeni itkilər verib.
İsrail ordusu Livanın cənubunda yeni itkilər verib.
Gundem.today ordunun mətbuat xidmətinə istinadən xəbər verir ki, döyüş əməliyyatları zonasında 769-cu ərazi briqadasının ehtiyatda olan baş çavuşu həlak olub.
Daha doqquz İsrail hərbçisi xəsarət alıb: biri ağır yaralanıb, dördünün orta ağırlıqda xəsarətləri var, daha dördü yüngül travmalar alıb. Onların hamısı xəstəxanaya yerləşdiriliblər.
Hadisə orduya məxsus mühəndis maşınının yolun kənarında quraşdırılmış partlayıcı qurğunun üzərində partlaması nəticəsində baş verib. Yaralanmış hərbçilər partlayışın baş verdiyi ərazinin yaxınlığında olublar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaLukaşenkodan gözlənilməz etiraf: "Mən ölməzdən əvvəl Belarusda yeni lider ortaya çıxacaq"
Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, ölkənin yeni rəhbəri onun həyatdan getməsindən xeyli əvvəl ortaya çıxacaq.
DünyaTailand gəmisi Hörmüz boğazından çıxdı
Tailand Xarici İşlər Nazirliyinin (XİN) təhlükəsiz keçidin təmin edilməsi barədə sorğusundan sonra bu ölkəyə məxsus gəmi Hörmüz boğazından çıxıb.
DünyaPezeşkian: "Tramp İranın təqsirinin nə olduğuna cavab vermir"
İran Prezidenti Məsud Pezeşkian ABŞ lideri Donald Trampın İranı nüvə hüquqlarından məhrum etmək üçün heç bir əsasının olmadığını bildirib.
DünyaUkrayna Rusiyanın dron istehsal edən zavodunu vurdu
Ukrayna Silahlı Qüvvələri Taqanroqda Rusiya ordusu üçün pilotsuz uçuş aparatları (PUA) istehsal edən "Atlant Aero" zavoduna "Neptun" raketləri ilə zərbə endirib. Hücum nəticəsində zavodun ərazisində yanğın baş verib.