Son dəqiqə
Paşinyan: "Ermənistanın kənd təsərrüfatı məhsulları Aİ-yə rüsumsuz ixrac ediləcək"Bakıda yaşayış binasında yanğın başlayıbPortuqaliyalı hücumçu DÇ-2026-dan diskvalifikasiya edilə bilərAbşeron yarımadasının bəzi ərazilərinə dolu düşməsi ehtimalı var - XƏBƏRDARLIQİstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin görüşü keçiriləcəkPutinin köməkçisi: "Rusiyadan olan tanınmış iş adamı Kiyevə səfər edib"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. İstirahət günü yağış yağacaq, şimşək çaxacaq - 07.06.2026
İstirahət günü yağış yağacaq, şimşək çaxacaq - 07.06.2026
Cəmiyyət

İstirahət günü yağış yağacaq, şimşək çaxacaq - 07.06.2026

12:56
0 baxış
Paylaş:

Azərbaycanda iyunun 7-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Azərbaycanda iyunun 7-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Gundem.today xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Gündüz hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 16-19° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz 55-60% təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi, gecə yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18°, bəzi yerlərdə 20-25° isti olacaq.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#hava_proqnozu#hava_şəraiti#7_iyun_hava#Milli_Hidrometeorologiya_Xidməti#Bakıda_hava#rayonlarda_hava_durumu#yağıntı#şimşək#temperatur#iqlim_məlumatı

Oxşar Xəbərlər

Bakıda yaşayış binasında yanğın başlayıbCəmiyyət

Bakıda yaşayış binasında yanğın başlayıb

Paytaxtın Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.

16:360
Abşeron yarımadasının bəzi ərazilərinə dolu düşməsi ehtimalı var - XƏBƏRDARLIQCəmiyyət

Abşeron yarımadasının bəzi ərazilərinə dolu düşməsi ehtimalı var - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasının bəzi şəhərərtafı ərazilərində dolu prosesinin olması ehtimalı var.

16:120
Naxçıvanda kanalda boğulan Elmir tanınmış dirijorun oğlu imiş - FOTOCəmiyyət

Naxçıvanda kanalda boğulan Elmir tanınmış dirijorun oğlu imiş - FOTO

Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində kanalda batan 7 yaşlı uşağın kimliyi və ölümünün təfərrüatı məlum olub.

14:240
Azərbaycanda I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib, bir nəzarətçidə "ağıllı" saat aşkar edilibCəmiyyət

Azərbaycanda I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib, bir nəzarətçidə "ağıllı" saat aşkar edilib

Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanı keçirib.

13:480