
Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO
Uzun müddətdir təmir gözləyən yol əsaslı şəkildə yenidən quruldu. Ancaq bir müddət sonra yenidən bəzi hissələri təmir işləri üçün qazıldı və bərpa edilmədi.
Uzun müddətdir təmir gözləyən yol əsaslı şəkildə yenidən quruldu. Ancaq bir müddət sonra yenidən bəzi hissələri təmir işləri üçün qazıldı və bərpa edilmədi.
Gundem.today Xəzər TV-yə istinadən xəbər verir ki, görüntülər Gəncənin Gülüstan qəsəbəsi, Tofiq Bağırov küçəsindəndir.
Yoldan müntəzəm istifadə etmək məcburiyyətində olan sürücülər, xüsusən də ictimai nəqliyyatda sərnişindaşıma ilə məşğul olanlar vəziyyətlə bağlı daha çox narahatlıq keçirirlər.
Məsələ ilə əlaqədar Gəncə İcra Hakimiyyətindən bildirilib ki, sözügedən yol əsaslı şəkildə asfaltlanaraq təmir edilib. Müəyyən yerlərdə aparılmış qazıntı işlərini isə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti həyata keçirdiyindən asfalt örtüyünün bərpası öhdəliyi də onların üzərinə düşür. Bu qurumdan isə bildirilib ki, görülən işlərdən sonra həmin ünvanlardakı kiçikkvadratlı ərazilərin əvvəlki vəziyyətinə qaytarılması təmin olunacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətOtlaq sahəsi əkinə çevrildi - Kəndlilər çıxılmaz vəziyyətdə qaldılar - VİDEO
Qax rayonunun Marsan kəndində illərdir mal-qara otarılan ərazinin əkin sahəsinə çevrilməsi sakinlərin narazılığına səbəb olub.
CəmiyyətPaytaxt yollarında dayanacaq problemi: Taksi sürücüləri sərnişinləri harada mindirib-düşürməlidirlər? - VİDEO
Bakı küçələrində müşahidə olunan parkinq çatışmazlığı həm sürücülər, həm də sərnişinlərin ciddi narazılığına səbəb olur.
CəmiyyətAzərbaycanda halal turizm: Yeni standartlar sektora nə vəd edir?
Hazırda halal turizm qlobal turizm sənayesində ən sürətlə böyüyən və iqtisadi cəhətdən ən təsirli seqmentlərdən biri hesab olunur. Getdikcə daha çox ölkə müsəlman müştərilərə yönəlmiş turizm məhsulları hazırlayır. Nəticədə, turizm sənayesi yüksəkkeyfiyyətli halal tətillər üçün imkanlar yaradan innovasiya bumunu yaşayır.
CəmiyyətCəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxılıb
Cəlilabadda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.