Son dəqiqə
İrana qarşı əməliyyatlar bərpa edilsə Tehran hansı addımları atacaq? - QORXUNC SSENARİSalyanda marketdə istehlaka yararsız məhsullar aşkarlanıb - FOTODövlət Komitəsinin sədri İran səfiri ilə görüşüb"SOCAR Trading" yeni neft-kimya zavodlarının inkişafı üçün əsas amilləri açıqlayıbAlmaniya Bundestaqının sədri kiberhücumun qurbanı olduBakıda bəzi təhsil müəssisələri BAĞLANIR, bəziləri DİSTANT TƏHSİLƏ KEÇİR
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İdman
  3. "Kəpəz" cari mövsümdə Gəncədə oynaya bilməyəcək - SƏBƏB - FOTO
"Kəpəz" cari mövsümdə Gəncədə oynaya bilməyəcək - SƏBƏB - FOTO
İdman

"Kəpəz" cari mövsümdə Gəncədə oynaya bilməyəcək - SƏBƏB - FOTO

Bu gün
15:48
0 baxış
Paylaş:

"Kəpəz" cari mövsümün qalan hissəsində də Gəncə stadionunda oyun keçirə bilməyəcək.

"Kəpəz" cari mövsümün qalan hissəsində də Gəncə stadionunda oyun keçirə bilməyəcək.

Gundem.today "Report"a istinadən xəbər verir ki, daha əvvəl may ayında arenada oyunların keçirilə biləcəyi bildirilsə də, bu planın reallaşması mümkün olmayacaq.

Əsas səbəb ot örtüyünün yenilənməsi prosesidir. Belə ki, arenada toxum səpini aprelin 15-də həyata keçirilib və ot örtüyünün tam hazır vəziyyətə gəlməsi üçün minimum 45, maksimum 60 gün tələb olunur. Bu müddət isə may ayına qədər işlərin yekunlaşmasına imkan vermir.

Bundan əlavə, arenada bəzi işlər hələ yekunlaşmayıb. Stadionun paltardəyişmə otaqları və bir sıra texniki detallar tam hazır vəziyyətə gətirilməlidir.

Mayın sonunda FIFA nümayəndələrinin arenaya baxış keçirməsi planlaşdırılır. Bu, 2027-ci ildə Özbəkistan və Azərbaycanın birgə təşkil edəcəyi U-20 dünya çempionatının oyunlarından birinin Gəncədə keçirilməsi ehtimalı ilə bağlıdır.

Xatırladaq ki, yenidənqurma işləri səbəbindən "Kəpəz" artıq üç mövsümdür ev oyunlarını doğma meydandan kənarda keçirir. Komanda bu müddətdə Qəbələ, Tovuz və Yevlax şəhərlərində oynayıb.

"Kəpəz"in Gəncə stadionuna dönüşü 2026/2027 mövsümünə planlaşdırılıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İdman#Sabah_FK#Azərbaycan_Kuboku#Velko_Simiç#Qarabağ_FK#futbol#Peşəkar_Futbol_Liqası#ev_oyunları#qol_rekordu#idman_xəbərləri#yarımfinal#futbol_statistikası.

Oxşar Xəbərlər

"Sabah"dan mühüm addım: "Sivasspor"un futbolçusu birdəfəlik "bayquşlar"a keçirİdman

"Sabah"dan mühüm addım: "Sivasspor"un futbolçusu birdəfəlik "bayquşlar"a keçir

"Sabah" növbəti mövsümün planlamasını davam etdirir.

Bu gün
17:100
"Real Madrid"dən Arda Gülər barədə PİS XƏBƏRİdman

"Real Madrid"dən Arda Gülər barədə PİS XƏBƏR

"Real Madrid"in gənc ulduzu Arda Gülər zədələnib.

Bu gün
16:040
"Qalatasaray" - "Fənərbağça" derbisindən əvvəl Dursun Özbəkdən RADİKAL QƏRAR - FOTOİdman

"Qalatasaray" - "Fənərbağça" derbisindən əvvəl Dursun Özbəkdən RADİKAL QƏRAR - FOTO

Türkiyə Superliqasındakı nəhəng derbi öncəsi "Qalatasaray" cəbhəsində gözlənilməz qərar verilib.

Bu gün
15:130
"Çelsi"nin baş məşqçi postuna əsas namizəd açıqlanıbİdman

"Çelsi"nin baş məşqçi postuna əsas namizəd açıqlanıb

"Çelsi"də dünən istefaya göndərilmiş Liyam Rosenyoru əvəzləyəcək əsas namizəd bəlli olub.

Bu gün
13:480