KİV: ABŞ Səudiyyə Ərəbistanına uranın zənginləşdirilməsi texnologiyalarını verməyi düşünür
Dünya

KİV: ABŞ Səudiyyə Ərəbistanına uranın zənginləşdirilməsi texnologiyalarını verməyi düşünür

İndi
01:48
0 baxış
Paylaş:

ABŞ Prezidenti Donald Trampın Administrasiyası Səudiyyə Ərəbistanına uranın zənginləşdirilməsi texnologiyalarının verilməsi imkanlarını dəyərləndirir.

ABŞ Prezidenti Donald Trampın Administrasiyası Səudiyyə Ərəbistanına uranın zənginləşdirilməsi texnologiyalarının verilməsi imkanlarını dəyərləndirir.

Gundem.today bildirir ki, bu barədə "Bloomberg" agentliyi sənədlərə istinadən məlumat verir.

Ağ Ev ötən ay Konqresə üç səhifəlik hesabat göndərib. Bu hesabatda Ər-Riyada nüvə texnologiyalarının, o cümlədən uranın zənginləşdirilməsi və plutoniumun emalı sahəsində potensial əməkdaşlığın zəruriliyi əsaslandırılır. "Bloomberg"in əldə etdiyi sənəddə qeyd olunur ki, belə bir razılaşma ABŞ-nin təhlükəsizlik maraqlarına xidmət edəcək.

ABŞ dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə köməkçisi Tomas DiNanno "krallığın nüvə bombası yaratmayacağına zəmanət vermək üçün hökumətin kifayət qədər addım atıb-atmadığı" sualına cavabında bildirib ki, "administrasiya yayılmama rejimindən kənar nüvə silahı yaratmaq üzrə hər hansı proqramdan narahat olacaq".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Səudiyyə_Ərəbistanı#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)#Donald_Tramp#Nüvə_silahı#Nüvə_Silahının_yayılmaması_haqqında_Müqavilə

Oxşar Xəbərlər