
KİV: Çin nüvə silahı üçün gizli obyekt inşa edir
Çinin Sıçuan vilayətində yeni nəsil nüvə silahlarının hazırlanması üçün nəzərdə tutulan gizli obyektin tikildiyi iddia olunur.
Çinin Sıçuan vilayətində yeni nəsil nüvə silahlarının hazırlanması üçün nəzərdə tutulan gizli obyektin tikildiyi iddia olunur.
Gundem.today xəbər verir ki, bu barədə CNN jurnalist araşdırması nəticəsində yazıb.
Araşdırma zamanı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin məxfilikdən çıxarılmış sənədləri və 50-dən çox peyk görüntüsü əsasında məlumat əldə edilib. Bildirilir ki, obyektin tikintisi azı beş il davam edib. Yerli sakinlərin torpaqları dövlət tərəfindən müsadirə olunub, kəndlər isə tamamilə sökülüb.
Kompleksin əsas hissəsini 3 345 kvadratmetr sahəsi olan dəmir-beton günbəz təşkil edir. Qurğu radiasiya nəzarət sistemləri və partlayışa davamlı qapılarla təchiz olunub. Ekspertlərin fikrincə, bu infrastruktur yüksək radioaktiv materialların - uran və plutoniumun saxlanması üçün nəzərdə tutulub.
"906" kimi tanınan obyekt üçqat mühafizə sistemi ilə əhatə olunub və dağ yamacına gedən tunellərlə birləşdirilib. Peyk görüntüləri son illərdə burada yeni binaların və yeraltı qurğuların inşa edildiyini göstərir.
Ekspertlər hazırda Çinin arsenalında 600-dən bir qədər çox nüvə başlığı olduğunu bildirirlər. Onların fikrincə, bu irimiqyaslı tikinti Çinin nüvə proqramında geniş modernizasiya prosesinin getdiyindən xəbər verir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTehrandan sərt xəbərdarlıq: "Cəhənnəm qapıları açılacaq"
İranın "Xatəm əl-Ənbiya" Mərkəzi Qoşun Qərargahının komandanı, general-leytenant Əli Abdullahi ABŞ Prezidenti Donald Trampın təhdidləri fonunda Tehranın ABŞ və İsrailə sərt cavab verməyə hazır olduğunu bəyan edib.
DünyaSAXAL İranda 120 hədəfi atəşə tutub
İsrail Hərbi Hava Qüvvələri İrana zərbələr endirməyə davam edir, son bir sutka ərzində respublikanın mərkəzində və qərbində 120-dən çox hədəf atəşə tutulub.
Dünyaİranda uçuşlara qadağanın vaxtı uzadıldı: Hava məkanı nə vaxt açılacaq?
İranın hava məkanı azı aprelin 12-dək bağlı qalacaq.
Dünya"İnsanlıq Ayın gizli üzünü gördü - "Bu, tanıdığımız Ay deyil"
"Orion" kosmik gəmisinin heyəti "Artemis II" missiyası çərçivəsində Ayın uzaq tərəfini müşahidə edib.