
KİV: İranın mərhum ali rəhbəri Əli Xamenei Qum şəhərində dəfn olunacaq
İranın mərhum ali rəhbəri Əli Xameneinin nəşi Qum şəhərində dəfn mərasimi üçün hazırlanır.
İranın mərhum ali rəhbəri Əli Xameneinin nəşi Qum şəhərində dəfn mərasimi üçün hazırlanır.
Gundem.today xəbər verir ki, bu barədə "The Times" nəşri diplomatik mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, kəşfiyyat orqanları Qumda birdən çox şəxsin dəfni üçün nəzərdə tutulan nəhəng məqbərənin inşasına başlanmasına dair əlamətlər aşkar ediblər.
Bundan başqa İranın dövlət xəbər agentlikləri isə 86 yaşında həlak olan Xameneinin ölkənin şimal-şərqində yerləşən, həmçinin ziyarətgah mərkəzlərindən sayılan doğma Məşhəd şəhərində torpağa tapşırılacağını bildirmişdilər. Tarix hələlik açıqlanmasa da, paytaxt Tehranda mərhum rəhbərlə kütləvi vida mərasiminin keçirilməsi planlaşdırılır. Çərşənbə günü, aprelin 8-də Xameneinin həlak olmasından 40 gün keçəcək və bu, matəm dövrünün başa çatması deməkdir.
Məlumatda qeyd olunub ki, Tehrandan 130 km cənubda yerləşən Qum şəhəri şiələr üçün müqəddəs hesab olunur və ölkənin dini paytaxtı rolunu oynayır. Bundan əvvəl İran rəsmiləri dəfn mərasiminin yubanmasını iştirakçıların sayının çox olacağı ehtimalı ilə əlaqələndirmişdilər. Lakin dini ənənələrə görə cənazənin dərhal dəfn olunması tələbi fonunda bu gecikmə müəyyən suallar doğurur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİstanbulda İsrail konsulluğunun qarşısında atışma: Polis əməkdaşları yaralandılar - VİDEO
İstanbulda İsrail konsulluğunun binasının qarşısında atışma səsləri eşidilib.
DünyaPezeşkiandan diqqətçəkən paylaşım: "İran uğrunda həyatımı qurban verməyə hazıram"
İran Prezidenti Məsud Pezeşkian ölkəsi uğrunda həyatını qurban verməyə hazır olduğunu bəyan edib.
DünyaFransada sürət qatarı hərbi konvoy ilə toqquşub - FOTO
Fransanın Noe-le-Min şəhəri yaxınlığında yüksək sürət qatarı quru qoşunlarının hərbi konvoyu ilə toqquşub. Bölgədə qatarların hərəkəti dayandırılıb.
DünyaMoskvada teatr əməkdaşları zəhərləndilər: Tamaşa ləğv edildi
Rusiyanın Krasnoyarsk Musiqili Teatrının 28 əməkdaşının kütləvi şəkildə zəhərlənməsi səbəbindən "Kölgə ilə döyüş" tamaşasının nümayişi təxirə salınıb. Tamaşa aprelin 6-da Moskvadakı "Mossovet" Teatrının səhnəsində, 32-ci "Qızıl maska" teatr mükafatı və festivalı çərçivəsində təqdim edilməli idi.