Son dəqiqə
Hikmət Babaoğlu: "Avropa Parlamentinin qəbul etdiyi qətnamə hüquqi, demokratik və siyasi baxımdan qəbuledilməzdir"Rusiya hərbçiləri Ukraynada yaşayış məntəqəsini nəzarətə götürüblərRamin Qurban nazirlikdə yüksək vəzifəyə gətirildiSumqayıtda Dövlət Bayrağına hörmətsizlik edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb - FOTO - VİDEOBayrağa hörmətsizlik edən şəxs saxlanıldı - FOTO - VİDEOABŞ-İran gərginliyi pik həddə: Danışıqlar yox, güc dili önə çıxır? - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Kral III Çarlzla bağlı növbəti skandal - Tərs tutulmuş Britaniya bayrağı ilə qarşılandı - VİDEO
Kral III Çarlzla bağlı növbəti skandal - Tərs tutulmuş Britaniya bayrağı ilə qarşılandı - VİDEO
Dünya

Kral III Çarlzla bağlı növbəti skandal - Tərs tutulmuş Britaniya bayrağı ilə qarşılandı - VİDEO

Bu gün
09:56
0 baxış
Paylaş:

Kral III Çarlz ABŞ-də qəbiristanlıqda tərsinə tutulmuş Böyük Britaniya bayrağı ilə qarşılanıb.

Kral III Çarlz ABŞ-də qəbiristanlıqda tərsinə tutulmuş Böyük Britaniya bayrağı ilə qarşılanıb.

Gundem.today xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, III Çarlz və xanımı Kamilla Arlinqton milli qəbiristanlığını ziyarət ediblər. Böyük Britaniya monarxı və həyat yoldaşı artilleriya yaylım atəşi, eləcə də hər iki dövlətin himnlərinin sədaları altında qarşılanıblar. Buna baxmayaraq, əsgərlərdən birinin Britaniya bayrağını tərsinə tutması xoşagəlməz insidentə səbəb olub.

Heraldika qaydalarına əsasən, "Union Jack" bayrağının bayraq dirəyinə yaxın olan hissəsində daha geniş ağ diaqonal zolaq qırmızı diaqonal zolağın üzərində yerləşdikdə o, doğru asılmış sayılır. Qırmızı zolaq daha geniş ağ zolağın üstündə olduqda isə bayraq tərsinə çevrilmiş hesab edilir.

Xatırladaq ki, bundan əvvəl aprelin 25-də də oxşar hadisə yaşanıb. "Reuters" agentliyinin məlumatına görə, III Çarlzın ABŞ-yə səfərinə hazırlıq zamanı Vaşinqtonda Ağ Evin yaxınlığında Britaniya bayraqları əvəzinə Avstraliya bayraqları dalğalanıb.

Aprelin 28-də isə ABŞ prezidenti Donald Tramp protokol qaydalarını pozub. O, Vaşinqtonda rəsmi qarşılanmadan sonra III Çarlzın çiyninə toxunub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Kral_III_Çarlz#Britaniya_bayrağı#ABŞ#Arlinqton_qəbiristanlığı#Union_Jack#Kraliça_Kamilla#bayraq_insidenti#heraldika#Böyük_Britaniya_monarxı

Oxşar Xəbərlər

Rusiya hərbçiləri Ukraynada yaşayış məntəqəsini nəzarətə götürüblərDünya

Rusiya hərbçiləri Ukraynada yaşayış məntəqəsini nəzarətə götürüblər

Rusiya ordusu Ukraynada daha bir yaşayış məntəqəsini nəzarətə götürüb.

Bu gün
19:000
Rusiyada sərnişin helikopteri qəzaya uğradı: Yaralılar varDünya

Rusiyada sərnişin helikopteri qəzaya uğradı: Yaralılar var

Rusiyanın Komi Respublikasının Usinsk şəhərində növbəli işçiləri daşıyan sərnişin helikopteri sərt eniş edərək qəzaya uğrayıb, nəticədə səkkiz nəfər yaralanıb.

Bu gün
18:400
Türkiyəyə gedənlər üçün şad xəbər: Ərdoğan qərar imzaladıDünya

Türkiyəyə gedənlər üçün şad xəbər: Ərdoğan qərar imzaladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cari ilin 31 dekabrınadək yerləşmə (yaşayış) vergisinin mövcud olan 2 faizdən 1 faizə salınması haqqında sərəncam imzalayıb.

Bu gün
18:000
Müharibə məşhur brendlərin bazarına təsir etdi: "Dove", "Rexona", "Domestos"un qiyməti artırDünya

Müharibə məşhur brendlərin bazarına təsir etdi: "Dove", "Rexona", "Domestos"un qiyməti artır

Yaxın Şərqdəki münaqişə fonunda "Dove", "Axe", "Rexona", "Domestos" və "Cif" kimi məşhur brendlər məhsullarının qiymətlərini artırırlar.

Bu gün
17:560