
Küveyt hakimiyyəti əhaliyə müraciət etdi: "Evlərinizdə qalın"
Küveyt hakimiyyəti əhaliyə müraciət edərək 8 aprelə keçən gecə evdə qalmaları və zəruri hallar istisna olmaqla çölə çıxmamaları barədə çağırış edib.
Küveyt hakimiyyəti əhaliyə müraciət edərək 8 aprelə keçən gecə evdə qalmaları və zəruri hallar istisna olmaqla çölə çıxmamaları barədə çağırış edib.
Gundem.today TASS-a istinadən xəbər verir ki, bu barədə Küveyt Daxili İşlər Nazirliyinin yaydığı xüsusi bəyanatda məlumat verilib.
Bəyanatda qeyd olunur: "Daxili İşlər Nazirliyi sakinləri 7 aprel gecə yarısından 8 aprel səhər saat 06:00-dək zəruri hallar istisna olmaqla evdə qalmağa və küçəyə çıxmamağa israrla çağırır".
Nazirlik vurğulayıb ki, bu müraciət insanların təhlükəsizliyini təmin etmək və hüquq-mühafizə orqanlarının öz vəzifələrini daha effektiv yerinə yetirməsinə şərait yaratmaq məqsədi daşıyır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-nin bombardmançı təyyarələri Britaniyadakı hərbi bazadan havaya qalxıblar
ABŞ-nin "B-52" strateji bombardmançı təyyarələri Böyük Britaniyadakı hərbi bazadan havaya qalxıb.
DünyaTehran bu gecə mümkün zərbələrə cavab olaraq BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektləri vura bilər
İran ABŞ-nin İslam Respublikasının infrastruktur və enerji obyektlərinə endirəcəyi zərbələrə cavab olaraq Səudiyyə Ərəbistanı və BƏƏ-nin neft obyektlərinə hücumlar həyata keçirəcək.
DünyaYaxın Şərqdə İrandakı "apokalipsis"ə hazırlaşmağa başlayıblar
Ər-Riyadda yerləşən bir sıra Qərb və Səudiyyə şirkətlərinin rəhbərləri ABŞ Prezidenti Donald Trampın İranda yaxın vaxtlarda baş verə biləcək "apokalipsis" xəbərdarlığı fonunda əməkdaşlara həftənin sonunadək ofislərə qayıtmamağı tövsiyə edib.
DünyaKİV: İsrail ABŞ ilə birlikdə İrana kütləvi zərbələr endirməyə hazırdır
İsrail hərbçiləri ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının fəaliyyətinin bərpası ilə bağlı təyin etdiyi son müddət ərəfəsində İrana zərbələr endirmək üçün hazırlıq vəziyyətinə gətirilib.