
Macarıstanda nazir təyinatı səs-küyə səbəb oldu
Macarıstanda keçirilən parlament seçkisində qələbə qazanmış "Tisa" partiyasının lideri Peter Madyar, yeznəsi Marton Mellettey-Barnanı ədliyyə naziri postuna təyin etməsi ilə bağlı maraqlı açıqlama verib.
Macarıstanda keçirilən parlament seçkisində qələbə qazanmış "Tisa" partiyasının lideri Peter Madyar, yeznəsi Marton Mellettey-Barnanı ədliyyə naziri postuna təyin etməsi ilə bağlı maraqlı açıqlama verib.
Gundem.today xəbər verir ki, siyasətçi bu barədə "Facebook" hesabında paylaşdığı videomüraciətdə bildirib.
P.Madyar qeyd edib ki, Marton Mellettey-Barnanı bu vəzifəyə bacısı ilə evli olduğu üçün deyil, müstəsna olaraq peşəkar keyfiyyətlərinə görə namizəd göstərib.
Madyarın sözlərinə görə, o, yeznəsini hələ tələbəlik illərindən tanıyır; Mellettey-Barna isə "Tisa" partiyasına 2024-cü ilin fevralında qoşulub. Siyasətçi qohumluq əlaqələrinin ciddi dilemma yaratdığını etiraf etsə də, bu məsələdə maraqlar toqquşmasının açıq şəkildə həll olunacağı sərt şəffaflıq qaydaları tətbiq edəcəyinə söz verib. O vurğulayıb ki, bu qaydalar özü də daxil olmaqla, bütün hökumət üzvlərinə şamil ediləcək.
Qeyd edək ki, Marton Mellettey-Barna çoxillik hüquq təcrübəsinə malikdir və hazırda "Tisa" partiyasının hüquq direktoru vəzifəsini tutur.
01 may, 15:36
Macarıstanda yeni hökuməti formalaşdırmağa hazırlaşan "Tisa" Partiyasının sədri Peter Madyar ədliyyə naziri postuna öz yeznəsi Marton Melletey-Barnanı namizəd kimi göstərib.
Gundem.today xəbər verir ki, "M1" telekanalının yaydığı məlumata əsasən, bu niyyəti Madyarın qohumbazlıqda günahlandırılmasına yol açıb.
"Tisa" partiyasının hüquq məsələləri üzrə direktoru Marton Melletey-Barnaya Ədliyyə Nazirliyinə rəhbərlik etməyi təklif etdim. O, son iyirmi il ərzində vəkillik fəaliyyəti ilə məşğul olub", - deyə Madyar öz "Facebook" səhifəsində qeyd edib.
Partiya sədri bu şəxslə qohumluq əlaqələrinin olduğunu açıqlamayıb. Yerli medianın isə yazır ki, Melletey-Barna 2025-ci ilin sentyabrında Madyarın bacısı ilə ailə həyatı qurub.
P.Madyar artıq gələcək kabinetindəki bütün postlar üzrə namizədlərin müəyyənləşdirilməsi prosesini yekunlaşdırıb. Mayın 9-da çağırılacaq yeni parlamentin ilk iclasında onun baş nazir seçiləcəyi gözlənilir. Xatırladaq ki, Madyarın rəhbərlik etdiyi "Tisa" partiyası aprelin 12-də Macarıstanda baş tutan parlament seçkilərində qələbə qazanıb. Bununla da fəaliyyətdə olan Baş nazir Viktor Orban və onun rəhbəri olduğu "Fides - Macarıstan Vətəndaş İttifaqı" partiyası 16 il davam edən fasiləsiz iqtidar dövründən sonra müxalifətə keçəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaDiplomatiya, yoxsa müharibəyə davam? - Tramp seçimləri açıqladı
ABŞ Prezidenti Donald Tramp İranla nüvə danışıqlarında yalnız iki alternativin olduğuna inanır: ya yeni saziş bağlanmalı, ya da İslam Respublikasının sonu gəlməlidir.
Dünyaİran Fars körfəzinin idarə edilməsi qaydalarını dəyişəcək: SEPAH-dan AÇIQLAMA
İranın ali rəhbəri Müctəba Xamenei Fars körfəzinin idarə olunması üçün yeni qaydaların müəyyən ediləcəyini açıqlayıb.
Dünyaİran Fars körfəzinin idarə edilməsi qaydalarını dəyişəcək: SEPAH-dan BƏYANAT
İranın ali rəhbəri Müctəba Xamenei Fars körfəzinin idarə olunması üçün yeni qaydaların müəyyən ediləcəyini açıqlayıb.
DünyaTramp Kubaya qarşı yeni sanksiyalar tətbiq etdi
ABŞ Prezidenti Donald Tramp Kuba adasının yüksəkvəzifəli məmurlarına və ada dövlətinin rəhbərliyi ilə əlaqəsi olan şəxslərə qarşı yeni sanksiyaların tətbiqi haqqında fərman imzalayıb.