
Macarıstanın baş naziri smartfonunun olmamasının səbəbini açıqlayıb
Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, onu dinləyə bilməsinlər deyə smartfondan istifadə etmir.
Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, onu dinləyə bilməsinlər deyə smartfondan istifadə etmir.
Gundem.today bu barədə "Öt" portalına istinadən xəbər verir.
"Salonda baş verənləri kimsənin dinləyə biləcəyi heç bir rabitə vasitəsi olmayan 27 baş nazir arasında yeganə mənəm", - deyə o qeyd edib. Baş nazirin sözlərinə görə, o, düyməli "Nokia" telefonundan istifadə edir.
V.Orban həmçinin "The Washington Post" nəşrində dərc olunan məlumatı da şərh edib. Həmin məlumatda Macarıstanın xarici işlər naziri Peter Siyartonun Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin iclasları zamanı fasilələrdə guya tez-tez rusiyalı həmkarı Sergey Lavrov ilə danışdığı iddia olunurdu.
"Onu informator olmaqda ittiham etdiklərini eşidəndə az qala gülməkdən öləcəkdim. Məsələ burasındadır ki, hətta nazirlərin və baş nazirlərin görüşlərində smartfonlar olur. İnsanlar müzakirələr zamanı onlardan istifadə edirlər. Eşitmək istəyənlər hər şeyi eşidir", - deyə Orban bildirib.
O əlavə edib ki, yalnız nadir hallarda müzakirələr zamanı bütün iştirakçıların telefonları toplanaraq salondan çıxarılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaZelenski maaşını və gəlirlərini açıqladı
Ukrayna Prezidenti Volodimir Zelenski 2025-ci il üzrə gəlirləri haqqında məlumatı açıqlayıb.
DünyaFransada dizelin qiyməti son 40 ildə maksimum səviyyəyə çatıb
Fransada dizel yanacağının qiyməti 1985-ci ildən bəri ən yüksək səviyyəyə çataraq litr üçün 2.2 avroya (təxminən 4.29 manat) yaxınlaşıb.
DünyaTramp ərəb ölkələrinə çağırış etmək niyyətindədir - Hərbi xərclər üçün dəstək istəyir
Ağ Evin mətbuat katibi Kerolayn Livitt ABŞ Prezidenti Donald Trampın ərəb ölkələrini hərbi xərclərin maliyyələşdirilməsinə dəstək verməyə çağırmaq niyyətində olduğunu bildirib.
DünyaDünya valyuta ehtiyatları tarixi maksimuma çatıb
2025-ci ilin yekunlarına görə, dünya valyuta ehtiyatlarının həcmi 13 trilyon dollar təşkil edib. Bu göstərici ötən illə müqayisədə 6.5% artaraq tarixi maksimuma çatıb.