Son dəqiqə
"Barselona" "Xetafe"ni səfərdə məğlub etdi - VİDEO"Haber Global" Volodimir Zelenskinin Azərbaycana işgüzar səfərinə dair süjet hazırladı - VİDEOCeyhun Bayramov Qəbələdə ukraynalı həmkarı ilə görüşübİslam Bazarqanov Albaniyada Avropa çempionu olduİngiltərə Premyer Liqası: "Liverpul"dan inamlı qələbə - VİDEOƏcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Malidə hərbi obyektlərə hücumlarda radikal qruplaşma iştirak edibmiş
Malidə hərbi obyektlərə hücumlarda radikal qruplaşma iştirak edibmiş
Dünya

Malidə hərbi obyektlərə hücumlarda radikal qruplaşma iştirak edibmiş

Bu gün
20:00
0 baxış
Paylaş:

Malidə bir neçə bölgədə hərbi obyektlərə təşkil olunan hücumlarda "Cəmaat Nusrat əl-İslam vəl-Müslimin" radikal qruplaşmasının döyüşçüləri iştirak ediblər.

Malidə bir neçə bölgədə hərbi obyektlərə təşkil olunan hücumlarda "Cəmaat Nusrat əl-İslam vəl-Müslimin" radikal qruplaşmasının döyüşçüləri iştirak ediblər.

Gundem.today xəbər verir ki, bu barədə "Reuters" agentliyi ölkənin təhlükəsizlik qurumlarındakı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, radikallar "Azavadın Azadlığı Uğrunda Cəbhə"nin tuareq üsyançıları ilə koordinasiyalı şəkildə fəaliyyət göstəriblər. Qruplaşma ölkənin cənub və mərkəz hissələrində, o cümlədən paytaxt Bamako ətrafında hücumlar həyata keçirib, tuareq silahlıları isə şimal və şərqdə ordu mövqelərini hədəf alıblar.

Hücum zamanı Bamako yaxınlığındakı Kati hərbi bazası ətrafında atışma baş verib, nəticədə müdafiə nazirinin evi də zərər görüb. Agentliyin məlumatına görə, bu, son illərdə ölkədə baş verən ən böyük hücumlardan biri sayılır.

Malinin Silahlı Qüvvələrinin Baş Qərargahı isə vəziyyətin nəzarət altında olduğunu və hücumların dəf edildiyini açıqlayıb.

Aprelin 25-də səhər saatlarında Malinin paytaxtı Bamako yaxınlığındakı Kati adlı ən iri hərbi bazada partlayış və atışma səsləri qeydə alınıb.

Gundem.today xəbər verir ki, bu barədə şahidlərin sözlərinə əsaslanaraq "Reuters" agentliyi məlumat paylaşıb.

Məlumata əsasən, hərbi bazaya gedən yollar təhlükəsizlik qüvvələri tərəfindən bloklanıb. Ölkə başçısı Assimi Qoytanın və digər yüksəkvəzifəli şəxslərin iqamətgahlarının mövcud olduğu Katidəki insidentin təfərrüatı hələ aydınlaşmayıb.

RFI radiokanalının yaydığı məlumata görə, silah səsləri ölkənin başqa bölgələrində də eşidilib. Hadisələr xüsusilə radikal qruplaşmaların aktiv olduğu şimaldakı Kidal və Qoa şəhərləri ilə yanaşı, mərkəzdəki Sevare bölgəsində də müşahidə edilib.

Atışmaların səbəbləri və ehtimal olunan itkilərlə bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, Malidə 2020-ci ilin yay aylarından etibarən iki dəfə hərbi çevriliş yaşanıb. 2021-ci ilin mayında ölkənin Konstitusiya Məhkəməsinin qərarına əsasən, polkovnik Qoyta keçid dövrü üçün dövlət başçısı postuna təyin olunub. Parlament səlahiyyətlərini icra edən Mali Milli Keçid Şurası isə Qoytanın ən azı 2030-cu ilədək ölkəyə rəhbərlik etməsini və gələcəkdə yenidən seçilmək hüququnu təsdiqləyib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Mali#Partlayış_hadisəsi#Hərbi_çevriliş

Oxşar Xəbərlər

Tramp Uittkoff və Kuşnerin Pakistana səfərini ləğv etdiDünya

Tramp Uittkoff və Kuşnerin Pakistana səfərini ləğv etdi

Donald Tramp xüsusi nümayəndəsi Stiv Uittkoff və sahibkar Cared Kuşnerin Pakistana planlaşdırılan səfərini ləğv edib.

Bu gün
20:220
ABŞ Hərbi Dəniz Qüvvələri İranın neft tankerini ələ keçirdiDünya

ABŞ Hərbi Dəniz Qüvvələri İranın neft tankerini ələ keçirdi

ABŞ-nin "USS Rafael-Peralta" idarəolunan raket esminesi Fars körfəzində lövbər salmağa çalışan, İran bayrağı altında üzən bir gəmini ələ keçirib.

Bu gün
19:240
ABŞ vətəndaşlarının Meksikada ölümləri ilə bağlı rəsmi açıqlamaDünya

ABŞ vətəndaşlarının Meksikada ölümləri ilə bağlı rəsmi açıqlama

Meksika hökuməti ölkənin şimalındakı Çiuaua ştatında həlak olan iki ABŞ vətəndaşının yerli əməliyyatlarda iştirak üçün rəsmi icazəsinin olmadığını açıqlayıb.

Bu gün
19:000
ABŞ-nin kəşfiyyat təyyarəsi yenidən Kalininqrad yaxınlığında peyda olduDünya

ABŞ-nin kəşfiyyat təyyarəsi yenidən Kalininqrad yaxınlığında peyda oldu

Ötən gün ABŞ-yə məxsus "Bombardier Challenger 650 Artemis II" adlı kəşfiyyat və hədəf müəyyənləşdirmə təyyarəsinin Kalininqrad vilayəti ətrafında, eləcə də Qara dəniz üzərində uçuşlar həyata keçirməsi qeydə alınıb.

Bu gün
18:240