
Mark Rutte: "Cənubi Qafqaz NATO-nun təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır"
"Şimali Atlantika Alyansı (NATO) Bakı ilə İrəvan arasında sülh prosesində əldə olunan nəzərə çarpacaq tərəqqini müsbət qiymətləndirir".
"Şimali Atlantika Alyansı (NATO) Bakı ilə İrəvan arasında sülh prosesində əldə olunan nəzərə çarpacaq tərəqqini müsbət qiymətləndirir".
Gundem.today xəbər verir ki, bu fakt təşkilatın Baş katibi Mark Ruttenin 2025-ci il üzrə yekun hesabatında öz əksini tapıb.
Mətndə qeyd edilir ki, avqustda sülh sazişinin ilkin olaraq razılaşdırılması əlaqələrin bərpası və bölgədə təhlükəsizliyin artırılması yolunda ciddi bir mərhələdir. Buna görə də təşkilat hər iki dövlətlə əlaqələrin və tərəfdaşlığın daha da inkişaf etdirilməsi niyyətindədir.
"Xüsusilə regionun Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibənin təsirlərini hiss etdiyi hazırkı dövrdə Cənubi Qafqaz NATO-nun təhlükəsizlik maraqları baxımından kritik rola malikdir", - deyə hesabatda bildirilir.
Bundan əlavə sənəddə oda vurğulanır ki,2025-ci il üzrə Hərbi Təhsilin İnkişafı Proqramı xətti ilə Azərbaycan digər müttəfiq dövlətlərlə qabaqcıl təcrübə mübadiləsini daha da intensivləşdirib.
"Sülh Naminə Tərəfdaşlıq layihəsi çərçivəsində NATO həm də Azərbaycanın yer aldığı ümumilikdə 16 dövlətlə qarşılıqlı fəaliyyət göstərir", deyə sənəddə qeyd edilir.
Hesabatda NATO-nun Mükəmməllik Mərkəzlərinin işinə də diqqət yönəlir. Bu qurumlar milli və beynəlxalq səviyyədə biliklərin ötürülməsi, eləcə də Alyansın potensialının artırılması məqsədilə fəaliyyət göstərir. İndiki vaxtda təşkilat tərəfindən bu cür 30 mərkəz təsdiqlənib, əlavə beş mərkəz isə yoxlama prosesindədir.
"Bu şəbəkədə NATO-nun 32 üzv ölkəsinin hamısı təmsil olunur və səkkiz tərəfdaş dövlət (Azərbaycan da daxil olmaqla) öz töhfələrini verir", - deyə sonda bildirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Siyasətİlham Əliyev Gürcüstanın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 27-də Gürcüstanın ölkəmizdəki səfirliyində olub, Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin vəfatı ilə əlaqədar başsağlığı verib.
SiyasətRusiyadan İrana göndərilən növbəti humanitar yardım Azərbaycan ərazisinə daxil olub - FOTO
Rusiyadan İrana göndərilən növbəti humanitar yardım "Cənub-Astara" dövlət sərhədindən buraxılış məntəqəsinə daxil olub.
SiyasətHikmət Hacıyev Akif Çağatay Kılıç ilə görüşdü - FOTO
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Budapeştdə Türkiyə Prezidentinin baş müşaviri Akif Çağatay Kılıç ilə görüşüb.
SiyasətHikmət Hacıyev: "Azərbaycanla Macarıstan arasındakı strateji tərəfdaşlıq uğurla inkişaf edir"
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Budapeştdə Macarıstanın baş nazirinin Milli Təhlükəsizlik üzrə baş məsləhətçisi Marsell Biro ilə görüşüb.