
Marneulidə azərbaycanlı gəncin qətli ilə bağlı saxlanılan 11 nəfərlə bağlı qərar verildi
Gürcüstanın Marneuli şəhərində 11 nəfərin işi üzrə məhkəmə prosesi başa çatıb.
Gürcüstanın Marneuli şəhərində 11 nəfərin işi üzrə məhkəmə prosesi başa çatıb.
Gundem.today Gürcüstan KİV-ə istinadən xəbər verir ki, yalan ifadə vermə, qrup şəklində xuliqanlıq və ictimai asayişi pozma ittihamı ilə saxlanılan şəxslərdən 7-si şərti cəza ilə azadlığa buraxılıb, digər 4 nəfər barəsində isə 6 aylıq həbs qərarı çıxarılıb.
* Marneulidə xüsusi əməliyyat: Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı
Xatırladaq ki, aprelin 21-də Kvemo Kartli Polis İdarəsi və Xüsusi Tapşırıqlar Departamentinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı 11 nəfər saxlanılıb. Daha bir nəfər barəsində isə sağlamlığa qəsdən ağır xəsarət yetirmə faktı ilə bağlı qiyabi ittiham irəli sürülüb və həmin şəxs hazırda axtarışdadır.
"TV Pirveli" telekanalının məlumatına görə, həyata keçirilən xüsusi əməliyyat bu il aprelin 2-də qətlə yetirilən 20 yaşlı azərbaycanlı Ümid Bayramovun toy günündən bir gün əvvəl - "ciyər axşamı" törənində baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı olub.
Televiziyanın məlumatına əsasən, saxlanılan şəxslər hadisə ilə bağlı yalan ifadələr verib və istintaq prosesinə mane olublar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTrampın "Qızıl kart"ını neçə nəfər alıb?
ABŞ Prezidenti Donald Trampın xarici vətəndaşlara bir milyon dollar qarşılığında yaşayış icazəsi almağa imkan verən "Qızıl kart" ("Golden Card") viza proqramı üzrə indiyədək cəmi bir müraciət təsdiq olunub.
DünyaTayvan ABŞ ilə milyardlarla dollarlıq silah müqavilələri imzaladı
Tayvan ABŞ ilə ümumi məbləği 6.6 milyard dollardan çox olan altı iri silah alışı müqaviləsi imzalayıb.
DünyaSüni intellektin absurd videoları: Niyə onlara baxmaqdan özümüzü saxlaya bilmirik?
İnternet məkanında süni intellektin köməyi ilə hazırlanan qeyri-adi və absurd videoların sayı sürətlə artır. Bu kadrlarda meyvələr, tərəvəzlər və ya müxtəlif məişət əşyalarının insanlara xas hərəkətlər etdiyi müşahidə olunur.
DünyaZelenski: "Qafqaz regionu ilə əməkdaşlıq hazırlayırıq"
"Ukrayna tamdəyərli çoxkomponentli hava hücumundan müdafiə (HHM) sisteminin yaradılmasına kömək edə bilər və artıq bu sahədə bir sıra ölkələrlə əməkdaşlıq edir. Qafqaz regionu ilə əməkdaşlıq hazırlıq mərhələsindədir, digər tərəfdaşlarla müdafiə layihələri üzrə razılaşmalar davam edir".