Son dəqiqə
Ölkəmizdə psixi xəstələrin sayı sürətlə artır - ŞOK RƏQƏMLƏREIA Azərbaycanda neft hasilatı üzrə proqnozunu yüksəldibABŞ-nin hücum helikopteri İran dronu ilə vurulub - İDDİA - VİDEOAğdamda məktəbli qız Bərdə sakini ilə qaçdıRusiyada partladılan avtomobildə Müdafiə Nazirliyinin idarə rəisi həlak olub - FOTO - VİDEOİsveçdə daimi yaşayış icazəsi ləğv edildi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Media eksperti: "16 yaşadək uşaqların sosial şəbəkələrə çıxışına məhdudiyyət vacibdir"
Media eksperti: "16 yaşadək uşaqların sosial şəbəkələrə çıxışına məhdudiyyət vacibdir"
Cəmiyyət

Media eksperti: "16 yaşadək uşaqların sosial şəbəkələrə çıxışına məhdudiyyət vacibdir"

20:12
0 baxış
Paylaş:

"Yeniyetməlik dövründə insanın şəxsiyyəti, özünəinamı, dəyər sistemi, sosial münasibətləri və emosional durumu formalaşır. Bu yaşlarda sosial şəbəkələrdən məhdudiyyətsiz istifadə yeniyetmələr arasında depressiya, təşviş pozuntuları və özünəqəsd düşüncələrinin artmasını stimullaşdırır. Həmçinin kiberzorakılıq hallarını artırır".

"Yeniyetməlik dövründə insanın şəxsiyyəti, özünəinamı, dəyər sistemi, sosial münasibətləri və emosional durumu formalaşır. Bu yaşlarda sosial şəbəkələrdən məhdudiyyətsiz istifadə yeniyetmələr arasında depressiya, təşviş pozuntuları və özünəqəsd düşüncələrinin artmasını stimullaşdırır. Həmçinin kiberzorakılıq hallarını artırır".

Bu sözləri Gundem.today-a açıqlamasında media eksperti Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, problem ondadır ki, ənənəvi zorakılıq məktəb və ya küçə ilə məhdudlaşdığı halda, virtual zorakılıq günün istənilən saatında davam edə bilir:

"Uşaq evdə olsa belə, təhqir, təzyiq, alçaldılma və sosial təcrid riski ilə üzləşir.

Rəqəmsal texnologiyaların, internetin, xüsusən sosial şəbəkə platformalarının uşaqlar və yeniyetmələr üzərində yaratdığı neqativ təsirlər bütün dünya dövlətlərində narahatlıq doğurur, ciddi şəkildə müzakirə edilir. Son illərdə dünyanın müxtəlif ölkələrində 16 yaşadək şəxslərin sosial şəbəkələrdə qeydiyyatına məhdudiyyət qoyulması ilə bağlı qanunvericilik təşəbbüslərinin irəli sürülməsi də məhz bu narahatlıqlardan qaynaqlanır.

Dünya təcrübəsi göstərir ki, bu istiqamətdə atılan addımlar müsbət nəticələr verir. Məsələn, Avstraliya 16 yaşadək uşaqların sosial şəbəkələrdə hesab açmasını məhdudlaşdıran ən sərt qanunvericilik modellərindən birini qəbul edib və effekt əldə edib. Norveç, İrlandiya və digər bir sıra ölkələr sosial şəbəkə platformalarından istifadə yaşının 16-ya qaldırılmasını təklif ediblər. İspaniya isə uşaqların rəqəmsal asılılıqdan qorunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF), Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumlar da uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsini prioritet vəzifə kimi irəli sürüblər".

Müşfiq Ələsgərli vurğulayıb ki, bu baxımdan Azərbaycanda 16 yaşadək uşaqların sosial şəbəkələrdə qeydiyyatına məhdudiyyət qoyulması istiqamətində atılan addımlar müasir dövrün çağırışlarına uyğun və strateji əhəmiyyət daşıyan təşəbbüs kimi qiymətləndirilməlidir:

"Bu qərar təkcə rəqəmsal təhlükəsizlik məsələsi deyil, həm də gələcək nəslin psixoloji sağlamlığına, təhsil keyfiyyətinə və sosial inkişafına yönəlmiş uzunmüddətli investisiyadır. Belə bir yanaşma daha sağlam, daha savadlı və daha dayanıqlı cəmiyyətin formalaşmasına xidmət edə bilər".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Sosial_şəbəkələr#Qanun_layihəsi#Milli_Məclis#Azyaşlılar#Müşfiq_Ələsgərli

Oxşar Xəbərlər

Ölkəmizdə psixi xəstələrin sayı sürətlə artır - ŞOK RƏQƏMLƏRCəmiyyət

Ölkəmizdə psixi xəstələrin sayı sürətlə artır - ŞOK RƏQƏMLƏR

2025-ci ildə psixoaktiv maddələrin qəbulu ilə bağlı olan pozuntular istisna olmaqla, psixi və davranış pozuntuları diaqnozu ilk dəfə qoyulmuş 6 063 nəfər qeydiyyata alınıb.

22:480
Şahbuz rayonunun Kükü kəndinə dolu düşüb - VİDEOCəmiyyət

Şahbuz rayonunun Kükü kəndinə dolu düşüb - VİDEO

Naxçıvan Muxtar Respublikasında qeyri-sabit hava şəraiti hökm sürür.

21:360
Əhliman Əmiraslanov və Abel Məhərrəmova VƏZİFƏ VERİLDİCəmiyyət

Əhliman Əmiraslanov və Abel Məhərrəmova VƏZİFƏ VERİLDİ

Azərbaycan Ağsaqqallar Şurası (AAŞ) sədrinə yeni müavinlər təyin olunub.

20:080
Sakinlərin NƏZƏRİNƏ: Paytaxtın bəzi ərazilərində qaz olmayacaqCəmiyyət

Sakinlərin NƏZƏRİNƏ: Paytaxtın bəzi ərazilərində qaz olmayacaq

Paytaxtın bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.

21:120