
Məhkəmə Eşqi Bağırova bir ay vaxt verdi
Məhkəmə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırova bir ay vaxt verib.
Məhkəmə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırova bir ay vaxt verib.
Gundem.today "Qaynarinfo"ya istinadən xəbər verir ki, agentlik barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 539.3-cü (Dövlət Əmək Müfəttişliyi tərəfindən verilən qanuni əmrlərin və ya tələblərin icra edilməməsi, yaxud müfəttişin fəaliyyətinə maneə törədilməsi ilə bağlı inzibati məsuliyyət) maddəsi ilə protokol tərtib edilib.
Sənəd Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən tərtib edilib və işə məhkəmədə baxılıb.
Məlum olub ki, vətəndaş X.A.-nın şikayəti əsasında Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən, agentliyə 2025-ci ildə məktub göndərilərək, həmin şəxsə aid qeyd olunan sənədlərin təqdim edilməsi tələb olunub, lakin sənədlər hələ də təqdim edilməyib.
Məhkəmənin qərarı ilə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov İXM-in 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və bu məcəllənin 116.1-ci maddəsinə əsasən, şərti olaraq 2 000 manat məbləğində cərimə olunub. Agentlik tərəfindən törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün bir ay müddət müəyyən edilib və nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilməyəcək. Hüquqpozma aradan qaldırılmadıqda cərimə ödəniləcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətAzərbaycan Mərkəzi Bankının departament rəhbəri işdən çıxıb
Azərbaycan Mərkəzi Bankının (AMB) Satınalmalar departamentinin rəhbəri Ayaz Nağıyev vəzifəsini tərk edib.
CəmiyyətKollektorların üzərində tikilmiş evlərin aqibəti NECƏ OLACAQ? - VİDEO
Son günlər paytaxt ərazisində kollektor xətlərinin üzərində inşa edilmiş fərdi yaşayış evləri ilə bağlı ciddi problemlər üzə çıxıb. Xüsusilə Xətai rayonunda kollektorun çökməsi nəticəsində evlərdən birinin sökülməsi bu məsələni gündəmə gətirib.
CəmiyyətÜmumdünya Sağlamlıq Günü qeyd olunur
Hər il aprelin 7-də dünyada Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur. Bu tarix təsadüfi seçilməyib. Məhz 1948-ci ilin bu günündə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yaradılıb və 1950-ci ildən etibarən bu gün qlobal səviyyədə qeyd olunmağa başlanıb.
CəmiyyətDövlət Vergi Xidmətində YENİ TƏYİNAT
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinin qeydiyyatı və uçota nəzarət baş idarəsinin rəisi vəzifəsinin müvəqqəti icrası Hüseyn Bağırova həvalə olunub.