
Meksikada azarkeş futbol matçından əvvəl stadionda ölüb
Futbol üzrə Meksika və Portuqaliya milli komandaları arasında Mexikoda keçirilən yoldaşlıq oyunundan əvvəl bir azarkeş aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.
Futbol üzrə Meksika və Portuqaliya milli komandaları arasında Mexikoda keçirilən yoldaşlıq oyunundan əvvəl bir azarkeş aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.
Gundem.today "France-Presse" agentliyinə istinadən xəbər verir ki, hadisə dünya çempionatı ərəfəsində yenidənqurmadan sonra açılan arenada baş verib.
Qeyd olunur ki, insident 0:0 hesabı ilə başa çatan oyundan bir neçə saat əvvəl baş verib. Bildirilir ki, sərxoş azarkeş tribunaların ikinci yarusundan birinci yarusuna tullanmağa cəhd edib və yıxılıb. Ehtimala görə, həlak olan şəxs 27 yaşlı kişidir.
Mexikodakı stadionda Meksikanın ABŞ və Kanada ilə birlikdə ev sahibliyi edəcəyi DÇ-2026-nın matçları keçiriləcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanMirça Luçesku xəstəxanaya yerləşdirilib
Rumıniya yığmasının baş məşqçisi Mirça Luçesku millinin məşqi zamanı huşunu itirdikdən sonra təcili olaraq xəstəxanaya yerləşdirilib.
İdmanKimi Antonelli adını "Formula-1" tarixinə yazdırdı
"Mercedes" komandasının 19 yaşlı üzvü Andrea Kimi Antonelli Yaponiya Qran-prisindəki qələbəsindən sonra "Formula-1" tarixində pilotların sıralamasında liderlik edən ən gənc pilot olub.
İdmanRinq anonsçusu döyüşün qalibini səhv elan etdi - VİDEO
Tanınmış rinq anonsçusu Brüs Bafer ABŞ-nin Vaşinqton ştatının Sietl şəhərində keçirilən Mütləq Döyüş Çempionatının (UFC) turnirində qarşılaşmanın nəticəsini səhv salıb və qalib kimi yanlış idmançının adını elan edib.
İdman"Formula-1": Kimi Antonelli Yaponiya Qran-prisinin qalibi oldu
"Mercedes" komandasının italyan pilotu Kimi Antonelli "Formula-1"in 2026-cı il mövsümünün Yaponiya Qran-prisinin qalibi olub.