
Meksikada DÇ-2026 ərəfəsində xaos: Paytaxtda kütləvi etirazlar və yanğınlar
ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi 2026-cı il futbol üzrə dünya çempionatının başlamasına cəmi bir həftə qalmış kütləvi etirazlar və şəhərin əsas küçələrində davam edən tikinti işləri Mexikoda xaosa səbəb olub.
ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi 2026-cı il futbol üzrə dünya çempionatının başlamasına cəmi bir həftə qalmış kütləvi etirazlar və şəhərin əsas küçələrində davam edən tikinti işləri Mexikoda xaosa səbəb olub.
Gundem.today "Reuters" agentliyinə istinadən xəbər verir ki, şəhərin mərkəzində müəllimlərin həmkarlar ittifaqının nümayişləri keçirilir.
Etirazçılar əməkhaqqının artırılmasını, həmçinin sosial ödənişlər və təqaüdlərlə bağlı əvvəllər qəbul edilmiş islahatların ləğvini tələb edirlər. Nümayişçilər bir neçə yerdə yolları bağlayıblar.
Etiraz iştirakçıları Mexikoda ictimai təhsil idarəsinin binasını yandırıblar. Bir neçə gün əvvəl isə nümayişçilər Sokalo meydanında azarkeşlər üçün inşa edilən fan-zonaya daxil olmağa cəhd göstəriblər və polis onlara qarşı gözyaşardıcı qaz tətbiq edib. Bir neçə ərazidə etirazçılar çempionat üçün quraşdırılmış futbolçu heykəllərini aşıraraq üzərinə yazılar yazıblar. Etiraz aksiyalarını təşkil edən həmkarlar ittifaqları isə vandalizm aktlarında iştirak etmədiklərini bildiriblər.
Müəllimlərin həmkarlar ittifaqından bəyan edilib ki, hökumət onlara güzəştə getməyəcəyi təqdirdə, etirazlar dünya çempionatı başladıqdan sonra da davam edəcək. Mexikonun mərkəzində müəllimlərin nümayişlərindən başqa, təqaüdə çıxmış hakimlərin və məhkəmə işçilərinin də etiraz aksiyaları keçirilib - onlar özləri üçün pensiya sistemində dəyişikliklər tələb edirlər.
Çempionatın startına bir həftə qalmasına baxmayaraq, Mexikonun bir çox yerlərində tikinti işləri hələ də davam edir. Hazırda Mexiko Beynəlxalq Hava Limanında, bir neçə əsas prospektdə və metropoliten xətlərində təmir işləri aparılır.
Qeyd edək ki, DÇ-2026 iyunun 11-də başlayacaq və elə həmin gün Mexikoda ev sahibi Meksika ilə Cənubi Afrika Respublikası milli komandaları arasında ilk matç keçiriləcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanÜç dəfə proqnozları doğrulan almaniyalı iqtisadçı DÇ-2026-nın qalibini təxmin etdi
Almaniyalı iqtisadçı Yoahim Klement 2026-cı il futbol üzrə dünya çempionatının qalibi ilə bağlı proqnozunu açıqlayıb.
İdmanAyxan Abbasov: "Malta ilə oyunda 90 dəqiqə yüksək tempdə mübarizə izlədik"
"Azərbaycan millisinin Avstriya toplanışı çərçivəsində Malta ilə yoldaşlıq görüşü yüksək tempdə keçib".
İdmanAzərbaycan millisinin futbolçusu zədələnib
Azərbaycan millisinin futbolçusu Xəyal Əliyev Maltaya qarşı keçirilən yoxlama oyunu (0:2) zamanı zədələnib.
İdmanAzərbaycanın basketbol yığması Dünya Kubokunda 1/4 finala yüksəldi
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda 1/4 finala vəsiqə qazanıb.