
Meksikada turist avtobusu aşıb: Çox sayda ölən var - FOTO-VİDEO
Meksikanın qərbindəki Nayarit ştatının Amatlan-de-Kanyas bələdiyyəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə ən azı 11 nəfər ölüb, 16 nəfər yaralanıb.
Meksikanın qərbindəki Nayarit ştatının Amatlan-de-Kanyas bələdiyyəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə ən azı 11 nəfər ölüb, 16 nəfər yaralanıb.
Gundem.today-ın TASS-a istinadən xəbərinə görə, bu barədə region baş prokurorluğundan məlumat verilib.
"İlkin məlumatlara görə, ölənlərdən 6 nəfəri hadisə yerində, 5-i isə xəstəxanada həyatını itirib", - deyə qurumun rəsmi məlumatında bildirilib.
Hadisə yerində müstəntiqlər, kriminalistlər və digər qurumların əməkdaşları işləyirlər.
İddialara görə, turist avtobusunun sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Nəşrin məlumatına görə, bütün sərnişinlər qonşu Xalisko ştatının sakinləri olublar və oradan məşhur "El-Manto" təbiət parkına gedirmişlər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaKİV: Ən pis ssenari artıq baş verib
ABŞ administrasiyasının son günlərdəki addımları onun diqqətini Ukrayna böhranından İrana qarşı müharibəyə yönəltdiyi bir vaxtda Avropa ölkələri ilə əməkdaşlıq etmək deyil, onları qınamaq və cəzalandırmaq niyyətində olduğunu sübut edir.
DünyaBricit Makronun qohumu prezidentin hakimiyyətdən getməsini səbirsizliklə gözləyir
Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun qohumu Jan-Aleksandr Tronye dövlət başçısının səlahiyyət müddətinin başa çatmasını səbirsizliklə gözlədiyini bildirib.
DünyaDubayda yaşamaq icazəsi almaq qaydaları asanlaşdırıldı
Dubay Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaşamaq icazəsi əldə etmək üçün daşınmaz əmlaka yatırılan investisiyanın minimum məbləği tələbini ləğv edib.
DünyaABŞ Almaniyadan beş min hərbçisini çıxarır
Amerika Birləşmiş Ştatları Almaniyadakı hərbi kontingentinin təxminən beş min nəfərlik hissəsini geri çəkəcək.