
Məktəblidən şok etiraf: "Bufetdəki yeməkdən zəhərlənmişik" - VİDEO
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində fəaliyyət göstərən 390 ümumtəhsil müəssisəsində monitorinqlər keçirib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində fəaliyyət göstərən 390 ümumtəhsil müəssisəsində monitorinqlər keçirib.
Yoxlamaların nəticələrinə əsasən, 263 məktəbdə sanitariya qaydalarının pozulduğu, 23 məktəbdə istifadə müddəti bitmiş, beş məktəbdə isə satışı qadağan olunmuş məhsulların olduğu müəyyən edilib.
Məktəblilərdən biri bufetlərdəki vəziyyətlə bağlı narazılığını BAKU TV-yə belə ifadə edib: "Bufetdəki yeməklər çox pisdir. Keçən dəfə sinif yoldaşım hot-doqdan zəhərlənmişdi".
Məsələ ilə bağlı AQTA-dan bildirilib ki, yararlılıq müddəti bitmiş və satılması qadağan edilmiş məhsullar dərhal satışdan kənarlaşdırılıb: "Aşkar olunmuş uyğunsuzluqlarla bağlı məsul şəxslər barəsində inzibati tədbirlər görülüb, icrası məcburi olan göstərişlər verilib. Eyni zamanda məsələnin ciddi şəkildə nəzarətə götürülməsi üçün Elm və Təhsil Nazirliyinə, həmçinin regional təhsil idarələrinə məktublar ünvanlanıb".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətSürücülərə XƏBƏRDARLIQ: Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Avtomobil yollarında vəziyyət açıqlanıb.
CəmiyyətSürücülərin NƏZƏRİNƏ: Paytaxtın bəzi yollarında təmir işləri aparılacaq
Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə Bakı şəhərinin bəzi yollarında təmir işləri həyata keçiriləcək.
CəmiyyətAnar Bayramovun kadr İSLAHATLARI davam edir: Səkinə Sadıxova da vəzifəsindən getdi
Aprelin 17-də TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin olunan Anar Bayramov əsaslı kadr dəyişiklikləri islahatlarını davam etdirir.
CəmiyyətErmənistanın vandalizm siyasəti: Azərbaycan qəbiristanlıqlarının acı taleyi - FOTO
Azərbaycanın maddi-mədəni irsi uzun illər ciddi dağıntılara məruz qalıb. Xüsusilə işğal dövründə bir çox tarixi abidələr, dini məkanlar və qəbiristanlıqlar ermənilər tərəfindən məqsədli şəkildə məhv edilib. Qəbiristanlıqların dağıdılması yalnız maddi ziyan deyil, həm də xalqın yaddaşına və mənəvi dəyərlərinə vurulan ağır zərbə kimi qiymətləndirilir.