Son dəqiqə
Paytaxtda ağır qəza: Üç avtomobil toqquşdu - VİDEOƏhalinin yaşayışını burnundan gətirən durum: "Biabırçılıqdır, heç rayonda belə yaşamırlar" - VİDEOAvropanın diqqəti Bakıda: Regionun açar dövləti AzərbaycandırGürcüstanda casusluqda ittiham olunan dövlət qulluqçusu saxlanılıbCəlilabadda gənc müəllim vəfat etdi"Sabah" ardıcıl dördüncü dəfə Azərbaycan Basketbol Liqasının qalibi olub
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Meloninin Azərbaycana səfəri Avropaya hansı mesajları verdi? - VİDEO
Meloninin Azərbaycana səfəri Avropaya hansı mesajları verdi? - VİDEO
Siyasət

Meloninin Azərbaycana səfəri Avropaya hansı mesajları verdi? - VİDEO

Bu gün
20:36
0 baxış
Paylaş:

Cənubi Qafqazın geosiyasi xəritəsində yeni konturlar cızılır.

Cənubi Qafqazın geosiyasi xəritəsində yeni konturlar cızılır.

Bu dəfə həmin xətt Bakıda Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın daha da dərinləşdiyini göstərən mühüm mesajlarla çəkildi.

Gundem.today xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.

İtaliya Nazirlər Şurasının sədri Corcia Meloninin Azərbaycana səfəri diplomatik protokol çərçivəsinə sığmayan hadisə idi. Səfərin xüsusi siyasi çəkisi vardı. Çünki Meloni Ermənistandakı proqramını başa vurduqdan dərhal sonra Bakıya gəlib.

Prezident İlham Əliyev də bu detalı xüsusi vurğulayaraq bunu Azərbaycana göstərilən hörmətin və münasibətlərin dərinliyinin göstəricisi kimi qiymətləndirib.

İki ölkə arasında artıq illərdir formalaşan strateji tərəfdaşlıq bu gün yeni mərhələyə qədəm qoyur. Enerji, müdafiə sənayesi, investisiya, təhsil və regional təhlükəsizlik. Bir sözlə, Bakı ilə Romanın gündəliyi kifayət qədər genişdir.

Azərbaycanın İtaliyanın əsas enerji tərəfdaşlarından biri olması münasibətlərin iqtisadi sütununu təşkil edir. Təkcə ötən il tərəflər arasında ticarət dövriyyəsi 12 milyard dollara yaxın olub. Azərbaycan İtaliyanın həm neft, həm də qaz təchizatında ikinci yerdədir.

Prezident İlham Əliyev görüşün əsas istiqamətlərindən birinin enerji əməkdaşlığının genişləndirilməsi olduğunu bildirib.

Bu gün enerji iqtisadi maraq olmaqla yanaşı, həm də geosiyasi alətə çevrilib. Xüsusilə, Avropanın enerji təhlükəsizliyi məsələsinin prioritet olduğu bir dönəmdə Azərbaycanın İtaliya üçün rolu daha da artır.

Meloni də bunu açıq şəkildə etiraf etdi. O bildirdi ki, Ukrayna müharibəsindən sonra Azərbaycanın enerji resursları İtaliyanın enerji təhlükəsizliyində müəyyənedici amilə çevrilib.

Ancaq Bakı-Roma əməkdaşlığı yalnız boru xətləri ilə ölçülmür. Müdafiə sənayesi, aerokosmik texnologiyalar, dəniz təhlükəsizliyi, infrastrukturun qorunması və üçüncü ölkələrdə birgə layihələr gündəliyin yeni istiqamətləridir.

Meloninin Azərbaycanın İranda təhlükə ilə üzləşən İtaliya vətəndaşlarının təxliyəsində göstərdiyi dəstəyə görə Bakıya təşəkkür etməsi isə münasibətlərin yalnız maraqlara deyil, qarşılıqlı etimada söykəndiyini göstərir.

Bəlkə də bu səfərin ən mühüm mesajı budur. Beynəlxalq münasibətlərin tez-tez dəyişən küləkləri fonunda Bakı və Roma sabit istiqamət seçib.

Bu gün Bakıda verilən mesaj aydındır. Azərbaycan-İtaliya münasibətləri, sadəcə, tərəfdaşlıq deyil, bu münasibətlər Avrasiya geosiyasətində uzunmüddətli strateji xəttə çevrilir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#İtaliya#Corcia_Meloni#Azərbaycan-İtaliya_münasibətləri

Oxşar Xəbərlər

Avropanın diqqəti Bakıda: Regionun açar dövləti AzərbaycandırSiyasət

Avropanın diqqəti Bakıda: Regionun açar dövləti Azərbaycandır

"Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının (AK) vitse-prezidenti Kaya Kallasın "Avropa Siyasi Birliyinin" İrəvanda keçirilən 8-ci Zirvə toplantısından dərhal sonra Bakıya gələrək Prezident İlham Əliyevlə görüşməsi regionun əsas dövlətinə - Azərbaycana olan münasibətin göstəricisidir".

Bu gün
21:280
Rusif Hüseynov: "Azərbaycan-Ermənistan ikitərəfli əməkdaşlığı real nəticələr verib"Siyasət

Rusif Hüseynov: "Azərbaycan-Ermənistan ikitərəfli əməkdaşlığı real nəticələr verib"

"Müharibədən sonrakı mərhələdə Azərbaycan Ermənistanla münasibətlərdə ikitərəfli formatı üstün tutur".

Bu gün
20:480
İrəvanda özünü evində hiss edən Serdar Kılıçın acizlik qoxan mədhiyyəsi...Siyasət

İrəvanda özünü evində hiss edən Serdar Kılıçın acizlik qoxan mədhiyyəsi...

Cənubi Qafqaz regionundakı geosiyasi dəyişikliklər bu gün bütün dünyanın diqqət mərkəzindədir. Sözsüz ki, bu dəyişikliklərin kökündə uzun illər müharibə və qeyri-sabitlikdən əziyyət çəkən regionumuzda Azərbaycanın yaratdığı yeni reallıqlar və ölkəmizin öndərliyində formalaşdırılan sülh şəraiti dayanır. Bu gün Türkiyə və Azərbaycan əl-ələ verib regionun gələcəyinə yön verir və bu prosesdə hətta uzun illər torpaqlarımızı işğal altında saxlayan, bir çox müharibə cinayətlərinə imza atan və nəhayət 4

Bu gün
20:140
Mehriban Əliyeva 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanışlıqdan videogörüntü paylaşıbSiyasət

Mehriban Əliyeva 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanışlıqdan videogörüntü paylaşıb

Birinci vitse-prezident Mehriban Əliyeva Bakıda 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanışlıqdan videgörüntülər paylaşıb.

Bu gün
20:100