
Məşhur türkiyəli müğənni Tülay Özer VƏFAT ETDİ
Tanınmış türkiyəli müğənni Tülay Özer 79 yaşında vəfat edib.
Tanınmış türkiyəli müğənni Tülay Özer 79 yaşında vəfat edib.
Gundem.today "Haber Global"a istinadən xəbər verir ki, bu barədə sənətçinin prodüseri Hakan Eren məlumat verib.
Məlumata görə, musiqiçi uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Onun böyrək çatışmazlığından əziyyət çəkdiyi və dializ müalicəsi aldığı bildirilir.
Vəfat edən sənətçi Türkiyənin məşhur müğənnisi Zerrin Özerin bacısıdır.
Tülay Özer "Büklüm büklüm", "İkimiz bir fidanız", "Kalbimi sana vermiştim", "Niye çattın kaşlarını" kimi mahnıları ilə məşhurlaşıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaAvropa Parlamentinin qərəzli qətnaməsi, sülh prosesinə maneə yaratmaq məqsədi - FOTO
"Avropa Parlamenti adlanan, demokratik dəyərlərin iflasa uğradığı, korrupsiya və rüşvətxorluğun dərin kök saldığı, lobbi qruplarına və müxtəlif maraq dairələrinə xidmət edən, bir qrup məsuliyyətini anlamayanlardan ibarət "parlamentari"nin mövcud olduğu bir "qurum"un ölkəmizə qarşı qəbul etdiyi növbəti qərəzli qətnamə hər birimizdə ikrah doğurur. Bu əsassız, ittiham və qərəzlə dolu qətnamə sadəcə əhəmiyyətsiz bir kağız parçasıdır".
DünyaRəsmi Pekindən sərt açıqlama: ABŞ-ni qisasla hədələdi
Əgər ABŞ telekommunikasiya sahəsində əlavə qadağalar tətbiq edərsə, Pekin yerli şirkətlərin müdafiəsi istiqamətində bütün zəruri addımları atacaq.
DünyaAvstraliyada 5 yaşlı qızın qətli kütləvi iğtişaşlara səbəb oldu - VİDEO
Avstraliyada aborigen icmasından olan 5 yaşlı qızın qətlində şübhəli bilinən şəxsin saxlanılmasının ardınca ucqar qəsəbədə yüzlərlə etirazçı ilə hüquq mühafizə orqanı əməkdaşları arasında toqquşma baş verib.
DünyaMadyar yeznəsini Macarıstanın ədliyyə naziri təyin etmək istəyir
Macarıstanda yeni hökuməti formalaşdırmağa hazırlaşan "Tisa" Partiyasının sədri Peter Madyar ədliyyə naziri postuna öz yeznəsi Marton Melletey-Barnanı namizəd kimi göstərib.