Son dəqiqə
ABŞ və İsrailin İrana qarşı apardığı əməliyyatlar vacib mərhələdə - VİDEOABŞ "görünməz silah"ları işə salır - İran üçün kritik an - VİDEOTramp: "NATO nüfuzuna vurduğu ləkəni heç vaxt yuya bilməyəcək"KİV: İtaliyada hava limanlarının birində aviasiya yanacağı bitibBiləsuvarda iki uşaq anasının meyiti tapıldıABŞ İranda "F-15" ekipajının xilas olunması üçün 155 təyyarə cəlb edib
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. NASA-nın Ay missiyasında rekord: Ekipaj Yer kürəsindən ən uzaq məsafəyə çıxdı
NASA-nın Ay missiyasında rekord: Ekipaj Yer kürəsindən ən uzaq məsafəyə çıxdı
Dünya

NASA-nın Ay missiyasında rekord: Ekipaj Yer kürəsindən ən uzaq məsafəyə çıxdı

Bu gün
00:00
0 baxış
Paylaş:

"Orion" kosmik gəmisi ilə həyata keçirilən "Artemis II" missiyası Ayın cazibə təsiri zonasına uğurla daxil olub.

"Orion" kosmik gəmisi ilə həyata keçirilən "Artemis II" missiyası Ayın cazibə təsiri zonasına uğurla daxil olub.

Gundem.today NASA-nın rəsmi saytına istinadən xəbər verir ki, ekipaj Yer kürəsindən ən uzaq məsafəyə uçuş üzrə yeni rekord müəyyən ediblər.

Bildirilir ki, "Artemis II" ekipajı pilotlu missiyalar tarixində ən böyük məsafəyə çataraq "Apollo 13" missiyasının rekordunu geridə qoyub.

Məlumata görə, ekipaj üzvləri Yer kürəsindən təxminən 406 608 km uzaqlaşıblar. Bu göstərici 1970-ci ildə "Apollo 13" missiyasının nailiyyətini 6 437 km üstələyir. Uçuş zamanı "Orion" kosmik gəmisi astronavtlarla birlikdə Aydan 8 047 km daha uzağa uçub.

Ay ətrafındakı tarixi uçuş canlı yayımlanır. Bakı vaxtı ilə saat 21:00-da başlayan yayımda "Orion" gəmisinin günəş panellərində quraşdırılmış kameralar vasitəsilə birbaşa görüntülər təqdim olunur. Uçuşun bu mərhələsinin təxminən yeddi saat davam edəcəyi gözlənilir.

Qeyd edək ki, "Artemis II" missiyası aprelin 2-də ABŞ-nin Kanaveral burnundan start götürüb. Uçuş sərbəst qayıdış trayektoriyası üzrə həyata keçirilir və bu mərhələdə Ay səthinə eniş nəzərdə tutulmur. Ümumi müddəti təxminən 10 gün olan bu missiya insanların yenidən Aya göndərilməsi üçün həlledici hazırlıq mərhələsi hesab olunur.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)#Milli_Aeronavtika_və_Kosmik_Tədqiqatlar_İdarəsi_(NASA)#Ay_(Yerin_təbii_peyki)

Oxşar Xəbərlər

Tramp: "NATO nüfuzuna vurduğu ləkəni heç vaxt yuya bilməyəcək"Dünya

Tramp: "NATO nüfuzuna vurduğu ləkəni heç vaxt yuya bilməyəcək"

"ABŞ və İsrailin İrana qarşı əməliyyatı zamanı NATO öz addımları ilə nüfuzuna vurduğu ləkəni heç vaxt yuya bilməyəcək".

Bu gün
01:300
KİV: İtaliyada hava limanlarının birində aviasiya yanacağı bitibDünya

KİV: İtaliyada hava limanlarının birində aviasiya yanacağı bitib

İtaliyanın cənubundakı Brindizi şəhərinin hava limanında aviasiya yanacağı bitib.

Bu gün
01:360
ABŞ İranda "F-15" ekipajının xilas olunması üçün 155 təyyarə cəlb edibDünya

ABŞ İranda "F-15" ekipajının xilas olunması üçün 155 təyyarə cəlb edib

"ABŞ hərbçiləri İranda "F-15" qırıcısının ekipajının xilas olunması əməliyyatına 155 təyyarə cəlb ediblər".

Bu gün
01:120
Tramp ispan dilini öyrənəcəyini və Venesuela prezidenti olacağını deyibDünya

Tramp ispan dilini öyrənəcəyini və Venesuela prezidenti olacağını deyib

"İrandakı münaqişə başa çatdıqdan sonra ispan dilini öyrənəcəyəm və Venesuela prezidenti postu uğrunda mübarizə aparmağa çalışacağam".

Bu gün
01:060