
NBC-də gərgin anlar: Tramp müsahibəni qalmaqalla tərk etdi - VİDEO
ABŞ Prezidenti Donald Tramp "NBC News" telekanalına verdiyi müsahibəni emosional şəkildə yarımçıq dayandırıb.
ABŞ Prezidenti Donald Tramp "NBC News" telekanalına verdiyi müsahibəni emosional şəkildə yarımçıq dayandırıb.
Gundem.today TASS-a istinadən xəbər verir ki, müsahibə zamanı Tramp aparıcı Kristen Uelkeri "satılmış olmaqda" ittiham edib.
Ağ Ev rəhbəri Kaliforniya ştatında iyunun 2-də keçirilən ilkin seçkini (praymeriz) müzakirə edərkən səslərin sayılmasının hələ də davam etdiyini vurğulayıb və yerli hakimiyyət orqanlarını saxtakarlıqda ittiham edib.
Aparıcı onun fikirləri ilə razılaşmadıqda isə Tramp Kristen Uelkeri "ya satılmış, ya da ağılsız" adlandırıb.
"Bu şirkətlər sizə kömək edir. Siz bilirsiniz ki, bu seçki saxtalaşdırılıb, sizin telekanal da bunu bilir. Siz bilirsiniz ki, mən 2024-cü il seçkisində böyük səs çoxluğu ilə qalib gəlmişəm, amma mətbuatda mənə qarşı 94 faiz mənfi münasibət olub. Siz etibarınızı itirmisiniz", - deyə o bildirib.
Tramp "NBC News"la yanaşı, ABC, CBS və CNN telekanallarını da tənqid edib.
"Gəlin burada bitirək, kifayətdir. Təşəkkür edirəm, əzizim, hər şey yaxşı olsun", - deyə o bildirib, daha sonra mikrofonunu çıxarıb yerə atıb.
Müsahibənin davam etdirilməsi ilə bağlı xahişə cavab olaraq isə Tramp "ölkə dürüst media olmadan böyük ola bilməz" ifadəsini işlədib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-nin hücum helikopteri İran dronu ilə vurulub - İDDİA - VİDEO
ABŞ-nin "AH-64 Apache" hərbi hücum helikopteri Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb.
DünyaRusiyada partladılan avtomobildə Müdafiə Nazirliyinin idarə rəisi həlak olub - FOTO - VİDEO
Moskva vilayətinin Balaşixa şəhərində avtomobilin partlaması nəticəsində sürücü həyatını itirib.
Dünyaİsveçdə daimi yaşayış icazəsi ləğv edildi
İsveç parlamenti hökumətin sığınacaq axtaran şəxslər üçün daimi yaşayış icazəsinin ləğv edilməsi barədə təklifini dəstəkləyib.
DünyaDağıstanda qazpaylayıcı stansiyada partlayış baş verib - VİDEO
Dağıstanın Kizilyurt sənaye zonasında qazpaylayıcı stansiyada yanğın qeydə alınıb.