Son dəqiqə
Zaqatalada yük maşını qaz xəttinə çırpıldı, bəzi ərazilər qazsız qaldıAzərbaycanlı ailənin Parisdə əllərindən alınan övladları geri qaytarıldılar - FOTOABŞ-də hantavirusla əlaqədar 3-cü səviyyəli fövqəladə vəziyyət elan edildiŞahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVAXanlar Vəliyevin qızına yeni vəzifə verildi"SALOGLU Mebel"də sonuncu fabrik kampaniyasının bitmə tarixi açıqlandı - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. Neft-qaz şirkətləri ilə əməkdaşlıq etmək istəyən KOB subyektlərinin nəzərinə
Neft-qaz şirkətləri ilə əməkdaşlıq etmək istəyən KOB subyektlərinin nəzərinə
İqtisadiyyat

Neft-qaz şirkətləri ilə əməkdaşlıq etmək istəyən KOB subyektlərinin nəzərinə

Bu gün
10:50
0 baxış
Paylaş:

Neft-qaz sənayesinin təchizat zəncirində KOB-ların iştirak imkanlarının genişləndirilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) "Caspian Oil and Gas" sərgisində xüsusi stend təşkil edəcək.

Neft-qaz sənayesinin təchizat zəncirində KOB-ların iştirak imkanlarının genişləndirilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) "Caspian Oil and Gas" sərgisində xüsusi stend təşkil edəcək.

Gundem.today xəbər verir ki, 1-3 iyun tarixlərində Bakı Ekspo Mərkəzində 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (Caspian Oil & Gas) keçiriləcək. Sərgidə neft, qaz və energetika sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq aparıcı şirkətlər bir araya gələcəklər.

Kiçik və orta biznes subyektlərinin (KOB) neft-qaz sektorunun təchizat zəncirində iştirakının artırılması, bu sahədə əməkdaşlıq imkanlarının genişləndirilməsi və KOB-ların məhsul və xidmətlərinin tanıdılması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bu il də sərgidə KOB-ların iştirakı üçün stend quracaq. Sözügedən stenddə ödənişsiz olaraq məhsul və xidmətlərini təqdim etmək istəyən KOB-lar mayın 25-dək müvafiq formanı dolduraraq agentliyə müraciət edə bilərlər (https://smb.gov.az/az/nav/sergilerde-istiraka-destek). Müraciət formasında "İştirak etmək istədiyiniz tədbir" bölməsində "Caspian Oil and Gas 2026" qeyd olunmalıdır.

KOB subyektlərinin sərgidə iştirakı onların neft-qaz və energetika sektorunda fəaliyyət göstərən aparıcı şirkətlərlə birbaşa əlaqələr qurmasına, məhsul və xidmətlərinin geniş auditoriyaya tanıdılmasına, potensial təchizatçı kimi fəaliyyət imkanlarının genişləndirilməsinə, eləcə də yeni əməkdaşlıq və tərəfdaşlıq imkanları əldə etməsinə şərait yaradacaq. Neft-qaz və energetika sahəsində fəaliyyət göstərən və ya bu sektora məhsul və xidmət təqdim etmək potensialına malik KOB subyektləri sərgidə iştirak imkanından yararlanmağa dəvət olunurlar.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İqtisadiyyat#KOBİA#KOB#Caspian_Oil_and_Gas#neft-qaz_sərgisi#Bakı_Ekspo_Mərkəzi#sahibkarlığa_dəstək#kiçik_və_orta_biznes#energetika_sektoru#təchizat_zənciri#Beynəlxalq_Xəzər_Neft_və_Qaz_Sərgisi.

Oxşar Xəbərlər

Monteneqroda bir azərbaycanlının əməyi istismar olunub - RƏSMİİqtisadiyyat

Monteneqroda bir azərbaycanlının əməyi istismar olunub - RƏSMİ

Bir azərbaycanlı şəxs Monteneqroda tikinti sektorunda istismar edilib.

Bu gün
09:360
Azərbaycan nefti ucuzlaşıbİqtisadiyyat

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan nefti ucuzlaşıb.

Bu gün
09:340
ABŞ-də benzin böhranı: Qiymətlər kəskin artırİqtisadiyyat

ABŞ-də benzin böhranı: Qiymətlər kəskin artır

ABŞ-nin 50 ştatından yalnız birində bir qallon (3,79 litr) benzinin orta qiyməti 4 dollardan aşağı səviyyədə qalır.

Bu gün
20:360
KOBİA-da Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTOİqtisadiyyat

KOBİA-da Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO

Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) ərazi partiya təşkilatının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Bu gün
17:420