
Nəriman Axundzadədən "Kolambus Kryu"da uğurlu çıxış: İlk qolun açar ötürməsini etdi - VİDEO
Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadə ABŞ-nin "Kolambus Kryu" klubunun matçında ilk dəfə start heyətdə meydana çıxıb.
Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadə ABŞ-nin "Kolambus Kryu" klubunun matçında ilk dəfə start heyətdə meydana çıxıb.
Gundem.today xəbər verir ki, idmançımız ABŞ Açıq Kubokunun 1/32 final mərhələsi çərçivəsində "Riçmond Kikers"ə qarşı keçirilən qarşılaşmanı əvəzlənmədən sonadək meydanda keçirib.
"Kolambus Kryu" bu görüşdə 3:0 hesablı inamlı qələbəyə sevinib. Matçın gedişatında Nəriman Axundzadə hesabı açan ilk qolun açar ötürməsini edib.
Belə ki, həmyerlimiz ilə Marselo Erreranın birgə təşkil etdiyi təhlükəli hücum epizodu sonda Qyuqu Pikarın dəqiq zərbəsi ilə nəticələnib.
Qeyd edək ki, "Kolambus Kryu" bu qələbə sayəsində ABŞ Açıq Kubokunda 1/16 finala yüksəlib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Bavariya" PSJ ilə matça baş məşqçisiz çıxacaq
"Bavariya" klubunun baş məşqçisi Vensan Kompani UEFA Çempionlar Liqasında cəza ilə üzləşib.
İdmanNəriman Axundzadədən "Kolambus Kryu"da uğurlu debüt: İlk qolun açar ötürməsini etdi - VİDEO
Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadə ABŞ-nin "Kolambus Kryu" klubunun əsas heyətində ilk rəsmi matçına çıxıb.
İdmanUEFA Avropa Liqasında ölüm-dirim gecəsi: Dörd yarımfinalçı bəlli olur
Bu axşam UEFA Avropa Liqasının 1/4 final mərhələsinin son oyunları keçiriləcək.
İdmanUEFA Avropa Liqasında ölüm-qalım gecəsi: Dörd yarımfinalçı bəlli olur
Bu axşam UEFA Avropa Liqasının 1/4 final mərhələsinin son oyunları keçiriləcək.