
Nərimanovda dondurulmuş yarımfabrikatların emalı müəssisəsində nöqsanlar aşkarlanıb - FOTO
Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi 61 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Rasim Abdulla oğlu Ağcayevə məxsus dondurulmuş yarımfabrikatların emalı müəssisəsində yoxlama keçirilib.
Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi 61 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Rasim Abdulla oğlu Ağcayevə məxsus dondurulmuş yarımfabrikatların emalı müəssisəsində yoxlama keçirilib.
Gundem.today xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Müəssisədə emal zamanı texnoloji ardıcıllıq prinsipinin pozulduğu, yarımfabrikatlar üçün sürətli dondurma avadanlığının olmadığı, soyuducu rəflərinin korroziyaya uğradığı, müvafiq təmizlik işlərinin aparılmadığı müəyyən edilib. Dondurucu kameralarda saxlanılan yarımfabrikat məhsullarının etiketlənmədiyi və emal tarixləri barədə qeydlərin aparılmadığı aşkarlanıb.
Nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. Məhsullardan nümunələr götürülərək mikrobioloji göstəricilərin və ətin mənşəyinin yoxlanılması məqsədilə laborator müayinələrə cəlb olunub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBaytarlıq aptekində istifadə müddəti bitmiş preparatlar aşkarlandı, sahibkar cəzalandırıldı - FOTO
Ağcabədi rayonunun Hacıbədəlli kəndində fəaliyyət göstərən, Məmmədov Yusif Mərdan oğluna məxsus baytarlıq aptekində yoxlama keçirilib.
CəmiyyətNaxçıvanda daha bir həkim öldü - FOTO
Naxçıvanda həkim-infeksionist Abdulla Babayev vəfat edib.
CəmiyyətBakıda bahalı qəza: Beş avtomobil bir-birinə çırpıldı - FOTO - VİDEO
Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
CəmiyyətMingəçevirdə WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib - FOTO
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) barədə ölkə ictimaiyyətinin məlumatlandırılması məqsədilə mayın 6-da Mingəçevir Dövlət Universitetində müəllim və tələbələrin iştirakı ilə WUF13-ə həsr edilmiş maarifləndirmə sessiyası keçirilib.