
Neymar 2026-cı il dünya çempionatında oynayacaq?
Futbol üzrə Braziliya milli komandasının baş məşqçisi Karlo Ançelotti "Santos"un hücumçusu Neymarı 2026-cı il dünya çempionatına çağırmaq niyyətində deyil.
Futbol üzrə Braziliya milli komandasının baş məşqçisi Karlo Ançelotti "Santos"un hücumçusu Neymarı 2026-cı il dünya çempionatına çağırmaq niyyətində deyil.
Gundem.today-ın xəbərinə görə, bu barədə "Globo"nun jurnalisti Andre Loffredo məlumat verib.
"Ançelotti Neymarı dünya çempionatına çağırmaq barəsində heç düşünmür də. Bu onun planlarına daxil deyil, belə bir istəyi yoxdur. O, Neymar ətrafındakı bu səs-küyü başa düşmür.
Onun heyətə daxil edilməsi ilə bağlı çağırışlar əsaslıdır. Bu onun əvvəlki illərdəki performansı ilə, artıq çoxdandır Neymarı görmək gözləntiləri ilə bağlıdır. Lakin Ançelotti son ayların oyununu qiymətləndirir və Neymarın bu dövrdə göstərdiyi performansı onun heyətə düşməsinə imkan verməyəcək", - deyə jurnalist bildirib.
34 yaşlı hücumçunun hesabında hazırkı Braziliya çempionatının üç oyununda üç qol və bir məhsuldar ötürmə var.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanPuxaç "Qarabağ"la oyundan danışdı: "Onlara qarşıdakı iki oyunda qalib gələ bilərik"
"Sabah"ın futbolçusu Timoteuş Puxaç Azərbaycan Kubokunun yarımfinalında "Qarabağ"la qeydə alınan 2:2 hesablı matçı və qarşıdakı hədəfləri şərh edib.
İdman"Qarabağ"ın tarixində 18-ci FUTBOLÇU: Kadi Borges "40"a çatdı
Braziliyalı yarımmüdafiəçi Kadi Borqes "Sabah"la Azərbaycan Kubokundakı matçda dubl edərək "Qarabağ"ın heyətində qol sayını 40-a çatdırıb. Futbolçunun statistikası ilə tanış olun.
İdmanMaqnus Karlsendən gözlənilməz addım: Qızı selfiyə görə pərt etdi - FOTO - VİDEO
Şahmat üzrə 16-cı dünya çempionu, norveçli qrossmeyster Maqnus Karlsen Almaniyada keçirilən "Grenke Freestyle Open" turnirində qazaxıstanlı şahmatçı Alui Nurmanın iştirakı ilə baş verən hadisədən sonra müzakirə mövzusu olub.
İdmanİtaliya millisi dünya çempionatına vəsiqə üçün bonus tələb edib
Futbol üzrə İtaliya milli komandasının oyunçuları 2026-cı il dünya çempionatına vəsiqə qazanmaq üçün 300 000 avro bonus tələb ediblər.