Valyuta
USD1.7000EUR1.9591Qızıl233.10
Son xəbər
Çempionlar Liqasının əsas favoritləri AÇIQLANDI"Dolfin" Çinə yaxınlaşır: QIRMIZI XƏBƏRDARLIQ elan edildiBTQ: Fransa və Niderlandın müstəmləkə idarəçiliyi altında olan yerli icmalarla həmrəyikSumqayıtda binada YANĞIN: Sakinlər təxliyə ediliblər - VİDEOUFC-də sensasiya: Salkilld Qamrotu ilk raundda məğlub etdi - VİDEOÇempionlar Liqasının əsas favoritləri AÇIQLANDI"Dolfin" Çinə yaxınlaşır: QIRMIZI XƏBƏRDARLIQ elan edildiBTQ: Fransa və Niderlandın müstəmləkə idarəçiliyi altında olan yerli icmalarla həmrəyikSumqayıtda binada YANĞIN: Sakinlər təxliyə ediliblər - VİDEOUFC-də sensasiya: Salkilld Qamrotu ilk raundda məğlub etdi - VİDEO
Gündəm
Ana səhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünya
HavaNamazValyutaQızıl
BaşlanğıcXəbərlərHavaNamaz
Gündəm

Azərbaycanın gündəmi bir yerdə — xəbər, valyuta, qızıl, hava və namaz vaxtları.

Kateqoriyalar

SiyasətİqtisadiyyatTexnologiyaİdman

Faydalı

Valyuta məzənnəsiQızıl qiymətiAxtarış
© 2026 Gündəm
  1. Ana səhifə
  2. Siyasət
  3. Nikol Paşinyan İlham Əliyevə zəng edib - VİDEO
Nikol Paşinyan İlham Əliyevə zəng edib - VİDEO
Siyasət

Nikol Paşinyan İlham Əliyevə zəng edib - VİDEO

Dünən
12:35
Paylaş:

Avqustun 8-də Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Avqustun 8-də Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Gundem.today xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon danışığı zamanı tərəflər ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasını təmin etmiş Sülh Sammitinin birinci ildönümü, habelə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Sülh Sazişinin mətninin ilkin paraflanması münasibətilə fikir mübadiləsi aparıblar.

Tərəflər sülh prosesinin irəlilədilməsində Prezident Donald Trampın və Amerika Birləşmiş Ştatları Hökumətinin oynadığı mühüm rolu xüsusi vurğulayıblar.

Tərəflər ötən il ərzində Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd ediblər.

Söhbət zamanı iki ölkə arasında iqtisadi və ticari əlaqələrin inkişafının sülhün faydalarının konkret təzahürü olduğu vurğulanıb. Bu kontekstdə tərəflər Azərbaycanın neft məhsullarının Ermənistana ixracını, habelə tranzit yüklərin Azərbaycan ərazisindən Ermənistana və Ermənistandan digər istiqamətlərə daşınmasını qeyd ediblər.

Bundan əlavə, tərəflər Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq TRIPP marşrutunun icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər sülh prosesinin irəlilədilməsi və regionda davamlı sülhün, sabitliyin, o cümlədən bağlantıların və iqtisadi əməkdaşlığın təmin olunması istiqamətində səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#İlham_Əliyev#Nikol_Paşinyan#sülh_müqaviləsi#Vaşinqton_sammiti#Donald_Tramp#Azərbaycan_və_Ermənistan#neft_ixracı#TRİPP_marşrutu#tranzit_yüklər#iqtisadi_əməkdaşlıq.

Oxşar Xəbərlər

BTQ: Fransa və Niderlandın müstəmləkə idarəçiliyi altında olan yerli icmalarla həmrəyikSiyasət

BTQ: Fransa və Niderlandın müstəmləkə idarəçiliyi altında olan yerli icmalarla həmrəyik

Bakı Təşəbbüs Qrupu (BTQ) Ümumdünya Yerli Xalqlar Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

Bu gün · 13:10
İlham Əliyev sinqapurlu həmkarı Tarman Şanmuqaratnamı təbrik edibSiyasət

İlham Əliyev sinqapurlu həmkarı Tarman Şanmuqaratnamı təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnamı təbrik edib.

Bu gün · 11:34
Tarixin zibilliyinə göndərilən format: Vaşinqton sammitində ATƏT-in Minsk qrupu "dəfn olundu"Siyasət

Tarixin zibilliyinə göndərilən format: Vaşinqton sammitində ATƏT-in Minsk qrupu "dəfn olundu"

Vaşinqton sammitinin nəticələri və ATƏT-in Minsk qrupunun ləğvi Cənubi Qafqazda sülh prosesini yeni mərhələyə daşıyır. Siyasi ekspertin təhlili və detallar.

Dünən · 21:00
ABŞ-nin qəbul etdiyi reallıq: Diplomatik masada sübuta yetirilən iradəmizSiyasət

ABŞ-nin qəbul etdiyi reallıq: Diplomatik masada sübuta yetirilən iradəmiz

Deputat Zahid Oruc Vaşinqton zirvəsinin Azərbaycan diplomatiyası üçün tarixi əhəmiyyətini və hərbi qələbəmizin ABŞ tərəfindən rəsmən tanınmasını şərh edir.

Dünən · 20:36