
Nikol Paşinyan məhkəmə qərarından şikayət edib: Xəyanət iddiaları yenidən gündəmdə
Ermənistanın baş naziri Nikol Paşinyan onun həyat yoldaşı Anna Akopyana xəyanət etməsi ehtimalı barədə məqalə dərc etmiş "Hraparak" qəzetinə qarşı iddiası üzrə çıxarılmış məhkəmə qərarından şikayət verib.
Ermənistanın baş naziri Nikol Paşinyan onun həyat yoldaşı Anna Akopyana xəyanət etməsi ehtimalı barədə məqalə dərc etmiş "Hraparak" qəzetinə qarşı iddiası üzrə çıxarılmış məhkəmə qərarından şikayət verib.
Gundem.today xəbər verir ki, bu barədə məlumat "Datalex" məhkəmə informasiya sistemində dərc olunub.
Qeyd edək ki, 2025-ci ilin iyul ayında baş nazir "Paşinyan arvadına xəyanət edirmi?" başlıqlı məqaləni böhtan hesab edərək məhkəməyə müraciət edib. O, nəşrin bütün platformalarında müddətsiz təkzib verilməsini, həmçinin bir milyon dram (təqribən 2 600 dollar) miqdarında kompensasiya ödənilməsini tələb edib.
Mart ayında birinci instansiya məhkəməsi nəşrin həmin məlumatı təkzib etməsi barədə qərar çıxarsa da, maddi təzminat tələbini təmin etməyib. Baş nazir qərarın məhz bu hissəsi ilə razılaşmayaraq apellyasiya şikayəti edib.
Sözügedən şikayətə Apellyasiya Mülki Məhkəməsində hakim Lendruş Ovannisyanın sədrliyi altında baxılacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaMoldovalı oliqarx milyard dollarlıq mənimsəməyə görə 19 il həbs olundu
Moldovada Demokratik partiyanın keçmiş lideri, oliqarx Vladimir Plaxotnyuk 19 il həbs cəzasına məhkum edilib.
DünyaCənubi Koreyada qırıcıların toqquşması üzə çıxdı: Pilotların telefonla şəkil çəkməsi qəzaya səbəb olub
Cənubi Koreya iki qırıcı təyyarə havada toqquşub.
DünyaBolqarıstanda Ukraynaya məxsus avtobus öz sərnişinlərini vurub: Ölənlər var - FOTO - VİDEO
Bolqarıstanda Ukraynaya məxsus turist avtobusu öz sərnişinlərinin üzərinə sürüb və onları vurub. Hadisə nəticəsində ən azı iki nəfər ölüb, 16 nəfər yaralanıb.
DünyaAİ Ukrayna ilə bağlı kritik qərarı qəbul etdi
Macarıstan və Slovakiyanın vetolarının ləğvindən sonra Avropa İttifaqı (Aİ) səfirləri Kiyev üçün 90 milyard avro maliyyələşdirməni və Rusiyaya qarşı 20-ci sanksiya paketini təsdiqləyiblər.