Özbəkistandan Azərbaycana gətirilən arılarda təhlükəli parazit var? - RƏSMİ AÇIQLAMA
Son dövrlər Azərbaycana xaricdən, xüsusilə Özbəkistandan gətirilən arı ailələrinin təhlükəli parazitlərə yoluxduğu iddia olunub. Bildirilir ki, sözügedən arılar "Tropilaelaps" adlı gənə ilə yoluxurlar, bu da arı ailələrinin məhv olmasına, eyni zamanda ölkədə arıçılıq təsərrüfatlarına ciddi ziyan vurulmasına səbəb olur.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Gundem.today-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ nəzarətdə saxlanılır.
Qeyd olunub ki, Özbəkistandan bal arılarının idxalı ilə bağlı ölkəyə ilk dəfə müraciət edilib və gətirilən ilk partiya laborator müayinələrə cəlb olunub:
"Aparılan sınaqlar nəticəsində arı nümunələrində hər hansı gənə və ya parazitoloji xəstəlik aşkar edilməyib. Hazırda agentlik tərəfindən qanunamüvafiq prosedurlar icra olunmaqdadır".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBayram günlərində zəhərlənmə ilə bağlı KTM-ə neçə nəfər müraciət edib?
Bayram günləri ilə əlaqədar elan olunan qeyri-iş günlərində (20.03.2026-30.03.2026) Kliniki Tibbi Mərkəzin Toksikologiya (KTM) şöbəsinə zəhərlənmə səbəbi ilə 31 müraciət daxil olub.
CəmiyyətDəmir yollarında QADAĞA: CƏRİMƏ oluna bilərsiniz
"Tütün və tütün məmulatları haqqında Qanun"la 1 aprel 2026-cı il tarixindən Azərbaycanda elektron siqaretlərin istifadəsi qadağan edilir.
CəmiyyətErmənilərin Qubada törətdiyi soyqırımı: Tarixi abidələr və dinc əhali necə məhv edilib? - VİDEO
1918-ci ildə daşnak-bolşevik silahlı dəstələri Qubada da böyük qırğınlar törədib.
CəmiyyətTəbii fəlakət zamanı avtomobillərə dəymiş ziyanı kim ÖDƏMƏLİDİR? - FOTO - VİDEO
Son günlər ölkə ərazisində yağan intensiv yağışlar yol təsərrüfatına ciddi ziyan vurub.