Son dəqiqə
Gömrükdə qida məhsulları ilə bağlı YENİLİKABŞ-nin hərbi gəmisində daha bir qəzaBuryatiyada qar uçqunu nəticəsində həlak olan sonuncu şəxsin cəsədi tapıldıKİV: Britaniyalılar daha az yeməyə başlayıblarAstana AZAL təyyarəsinin qəzasını araşdırmağa davam etdirir - Yekun hesabat təqdim olunacaqAstana AZAL təyyarəsinin qəzasını araşdırmağı davam etdirir - Yekun hesabat təqdim olunacaq
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Özünü maşının qarşısına ataraq xilas oldu - Fiziki məhdudiyyətli qıza qarşı törədilən zorakılığın TƏFƏRRÜATI
Özünü maşının qarşısına ataraq xilas oldu - Fiziki məhdudiyyətli qıza qarşı törədilən zorakılığın TƏFƏRRÜATI
Kriminal

Özünü maşının qarşısına ataraq xilas oldu - Fiziki məhdudiyyətli qıza qarşı törədilən zorakılığın TƏFƏRRÜATI

Bu gün
00:24
0 baxış
Paylaş:

Gəncə şəhərində 42 yaşlı kişi eşitmə və nitq qabiliyyəti məhdud olan qıza qarşı əxlaqsız hərəkətlər edib.

Gəncə şəhərində 42 yaşlı kişi eşitmə və nitq qabiliyyəti məhdud olan qıza qarşı əxlaqsız hərəkətlər edib.

Gundem.today "Teleqraf"a istinadən xəbər verir ki, hadisə ötən il aprelin 22-də şəhərin Depo qəsəbəsində baş verib.

1984-cü il təvəllüdlü Fərid həmin gün saat 14 radələrində qəsəbədəki dostu və qonşusu Vəlinin evinə gəlib. O, evdə tək olan, eşitmə və nitq qabiliyyəti məhdud Səidənin (adlar şərtidir) köməksiz vəziyyətindən istifadə edərək ona qarşı zorakılıq tətbiq edib. Fərid qıza müxtəlif xəsarətlər yetirib, köynəyini boğaz nahiyəsinə qədər qaldıraraq intim hərəkətlər edib.

Fəridin barəsində Cinayət Məcəlləsinin 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə, yaxud zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, günorta saat 12-13 radələrində işdən qayıdanda Səidənin yaşadığı evə atası ilə görüşmək üçün gedib: "Lakin qızın atası evdə deyildi. Səidə ac olduğunu söylədi, ona şorba alıb verdim. Sonra da oradan getdim".

Fərid bildirib ki, Səidəgillə qonşudurlar və onları dörd ildir tanıyır: "Səidənin nitq və eşitmə məhdudiyyətlərinin olduğunu bilirdim. Ona pul təklif etməmişəm, cinsi əlaqəyə girməmişəm".

Zərərçəkmiş Səidənin sözlərinə görə isə Fərid evlərinə axşam saatlarında gəlib: "Mənə beş manat təklif etdi, sinəmdən öpmək istədiyini bildirdi. Razılıq vermədim, pulu da götürmədim. Fərid məni tutaraq yerə yıxdı. Mən qışqırmağa başladım. Fərid paltarımı çıxardı, sinə nahiyəmdən öpməyə başladı".

Səidə bildirib ki, Fərid onu əvvəlcə yatağa, sonra isə yenidən divana yıxıb: "Ayağımı istilik sisteminə vuraraq səs-küy salmağa, aynanı qırmağa çalışdım. O, məni yenidən vurmağa başladı. Əlimi onun gözünə ataraq müqavimət göstərmək istədim. Fürsət yaranan an onu itələdim və küçəyə çıxdım".

Zərərçəkmiş Fəridin onların evinə nə üçün gəldiyini bilmədiyini deyib: "Təqsirləndirilən şəxsdən şikayətçiyəm və onun barəsində ən ağır cəzanın təyin olunmasını istəyirəm".

İş üzrə şahid qismində ifadə verən qəsəbə sakini Məmmədin sözlərinə görə, hadisə günü saat 16-17 radələrində ustadan mobil telefonunu götürmək üçün avtomobillə yola çıxarkən Səidə özünü onların maşınının qarşısına atıb: "Fərid də onun arxasınca gəldi. Səidə mənə əli ilə baş verənləri başa salmağa çalışdı. Fərid isə qıza yaxınlaşmağıma mane olmaq istəyirdi. Qız huşunu itirdi, üzünə su vurduqdan sonra özünə gəldi. Biz polisə zəng etmək istədik, amma Fərid "kimə deyirsinizsə, deyin, mənim heç kimdən qorxum yoxdur" deyərək oradan getdi. Sonra polis əməkdaşları gələrək çəkiliş apardılar. Çəkiliş zamanı zərərçəkmiş şəxsin sinə nahiyəsində xəsarətlər olduğunu gördüm".

Cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fərid 6 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.

Qeyd edək ki, Fərid bundan əvvəl də məhkum olunub. O, 2021-ci ildə yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq törətdiyi üçün 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Ondan əvvəl - 2020-ci ildə də eyni əmələ görə məhkumluq həyatı yaşayıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#Gəncə_Ağır_Cinayətlər_Məhkəməsi#Cinayət_Məcəlləsi#Qadınlara_qarşı_zorakılıq

Oxşar Xəbərlər

10 nəfərdən yarım milyon manata yaxın pul alan maklerlə bağlı QƏRAR - FOTOKriminal

10 nəfərdən yarım milyon manata yaxın pul alan maklerlə bağlı QƏRAR - FOTO

Paytaxtın Xəzər rayonu ərazisində bir qrup şəxsə qarşı dələduzluqda ittiham edilən makler barəsində həbs-qətimkan tədbiri seçilib.

Bu gün
18:440
"Quşçuluq biznesi"ndə tanışlarına kələk gələn şəxsə hökm oxunduKriminal

"Quşçuluq biznesi"ndə tanışlarına kələk gələn şəxsə hökm oxundu

Külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Vüqar Əsədovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bu gün
18:000
DİM nümayəndələri Kamran Əsədovun məhkəməsində iştirak edirlərKriminal

DİM nümayəndələri Kamran Əsədovun məhkəməsində iştirak edirlər

Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitə keçirilməsi ilə bağlı cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir.

Bu gün
17:360
Sabunçudakı dəhşətli qətlin təfərrüatı: "Ağac əkərkən beli azca o yana vursaydım, oğlumun meyitini tapardım"Kriminal

Sabunçudakı dəhşətli qətlin təfərrüatı: "Ağac əkərkən beli azca o yana vursaydım, oğlumun meyitini tapardım"

Ərini qətlə yetirərək yaşadığı həyətdə basdırmaqda təqsirləndirilən Elmira İbrahimovanın barəsindəki cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Bu gün
17:280