
Paytaxtda ağac aşdı, yol bağlandı
Bakıda ağacın aşması nəqliyyatın hərəkətinə mane olub.
Bakıda ağacın aşması nəqliyyatın hərəkətinə mane olub.
Gundem.today-a daxil olan məlumata görə, hadisə paytaxtın Neapol küçəsində qeydə alınıb.
Bildirilib ki, küçədə ağacın aşması nəticəsində yol müvəqqəti olaraq bağlanıb.
Yaranmış vəziyyətlə əlaqədar olaraq, həmin ərazidən keçən 62 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusların istiqaməti dəyişdirilib.
Hazırda avtobuslar alternativ olaraq əsas yol ilə hərəkət edirlər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətAzərbaycanda yağıntılar nə vaxtadək davam edəcək?
Azərbaycanda hazırda hökm sürən qeyri-sabit hava şəraiti aprelin 7-dək davam edəcək.
CəmiyyətSürücülərin NƏZƏRİNƏ: Bəzi yollar bağlanır - SƏBƏB
17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədilə müəyyən olunmuş marşrutlar üzrə nəqliyyat vasitələrinin hərəkəti monitorinq ediləcək.
CəmiyyətPaytaxta düşən yağıntı aylıq normadan dörd dəfə çoxdur - FAKTİKİ HAVA
Aprelin 6-sı saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir, bəzi yerlərə intensiv və güclü yağış, dağlıq ərazilərə isə qar yağır. Qar örtüyünün hündürlüyü Şahdağda 1 metr 24 sm, Qrızda 34 sm, Xınalıqda 22 sm, Qusarda 3 sm təşkil edir.
CəmiyyətADY: "Bəzi istiqamətlər üzrə qatarların qrafikində qismən kənaraçıxma halları ola bilər"
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC ölkə ərazisində müşahidə olunan yağışlı və küləkli hava şəraitinin yarada biləcəyi çətinliklərin aradan qaldırılması üçün müvafiq tədbirlər görür.