Son dəqiqə
Gözü dönən kişi balta ilə arvadına hücum etdi - Tükürpərdən hadisənin TƏFƏRRÜATI - VİDEOMadyarın Macarıstanın baş naziri seçiləcəyi tarix açıqlandı"Fənərbağça" Türkiyə Kuboku ilə vidalaşdı"Fənərbağça" Türkiyə Kuboku ilə vidalaşdı - VİDEOTürkiyədə hərbi helikopter qəzaya uğrayıbXəzinədarlıqda rəqəmsal dönüş: "Maliyyə Hesabatlılıq Portalı" büdcəyə nəzarəti gücləndirir
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Pentaqon ABŞ-nin 1.5 trilyon dollarlıq müdafiə büdcəsinin detallarını açıqlayıb
Pentaqon ABŞ-nin 1.5 trilyon dollarlıq müdafiə büdcəsinin detallarını açıqlayıb
Dünya

Pentaqon ABŞ-nin 1.5 trilyon dollarlıq müdafiə büdcəsinin detallarını açıqlayıb

Bu gün
00:04
0 baxış
Paylaş:

ABŞ Hərb Nazirliyi (Pentaqon) Prezident Donald Tramp administrasiyası tərəfindən 2027-ci maliyyə ili üçün təklif olunan 1.5 trilyon dollar məbləğində müdafiə büdcəsinin təfərrüatını dərc edib.

ABŞ Hərb Nazirliyi (Pentaqon) Prezident Donald Tramp administrasiyası tərəfindən 2027-ci maliyyə ili üçün təklif olunan 1.5 trilyon dollar məbləğində müdafiə büdcəsinin təfərrüatını dərc edib.

Gundem.today "Reuters" agentliyinə istinadən xəbər verir ki, büdcəyə 1.15 trilyon dollarlıq əsas sorğu və 350 milyard dollarlıq əlavə paket daxildir.

Pentaqonda həmçinin raketdən müdafiə proqramları, pilotsuz uçuş aparatlarının inkişafı, süni intellekt və müdafiə infrastrukturunun daxil olduğu yeni "prezident prioritetləri" kateqoriyası ayrılıb.

Vəsaitlərin əhəmiyyətli hissəsi silahların modernləşdirilməsinə yönəldiləcək. Xüsusilə, "'Qızıl donanma" təşəbbüsü çərçivəsində 18 döyüş və 16 köməkçi gəminin inşası üçün 65 milyard dollardan çox vəsait nəzərdə tutulub. Həmçinin "F-35" qırıcılarının satınalmaları ildə 85 ədədə qədər artırılır, aviasiya və ixtiralara üçün isə 102 milyard dollar ayrılıb.

Pilotsuz texnologiyalara xüsusi diqqət yetirilir: dronlara və əlaqəli sistemlərə 53.6 milyard dollar, döyüş sursatları və dronlara qarşı mübarizə vasitələrinə isə daha 21 milyard dollar yönəltmək planlaşdırılır. Müvafiq proqramın maliyyələşdirilməsi 225 milyon dollardan 54 milyard dollara qədər arta bilər.

Sənəddə həmçinin hərbçilərin maaşlarının artırılması təklif olunur: kiçik hərbi qulluqçular 7%, onların birbaşa rəhbərləri 6%, ali zabitlər isə 5% artım alacaqlar. Bundan əlavə, 2026-cı ildəki 20 mindən çox artımdan sonra 2027-ci ildə silahlı qüvvələrin sayını 44 min nəfər artırmaq planlaşdırılır.

Bununla yanaşı, İranla münaqişə ilə bağlı xərclər büdcəyə daxil edilməyib, onların ödənilməsi üçün ayrıca əlavə sorğu tələb oluna bilər.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)#İran#Donald_Tramp#ABŞ_Hərb_Nazirliyi_(Pentaqon)#F-35_qırıcı-bombardmançı_təyyarə_(Lightning_II)

Oxşar Xəbərlər

Madyarın Macarıstanın baş naziri seçiləcəyi tarix açıqlandıDünya

Madyarın Macarıstanın baş naziri seçiləcəyi tarix açıqlandı

"Tisa" partiyasının lideri Peter Madyar mayın 9-da Macarıstanın baş naziri seçiləcək.

Bu gün
01:000
Türkiyədə hərbi helikopter qəzaya uğrayıbDünya

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb

Türkiyədə Quru Qoşunlarının Aviasiya Komandanlığına məxsus "CH-47" tipli ağır nəqliyyat helikopteri qəzaya uğrayıb.

Bu gün
00:520
Tramp İranla atəşkəs rejiminin uzadıldığını AÇIQLADIDünya

Tramp İranla atəşkəs rejiminin uzadıldığını AÇIQLADI

ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin uzadılması barədə göstəriş verdiyini bildirib.

Bu gün
00:360
Orban Macarıstan prezidentini müdafiə edibDünya

Orban Macarıstan prezidentini müdafiə edib

Macarıstanın Baş naziri Viktor Orban ölkə Prezidenti Tamaş Şuyoku müdafiə edib.

Bu gün
00:340