Son dəqiqə
Ölkəmizdə psixi xəstələrin sayı sürətlə artır - ŞOK RƏQƏMLƏREIA Azərbaycanda neft hasilatı üzrə proqnozunu yüksəldibABŞ-nin hücum helikopteri İran dronu ilə vurulub - İDDİA - VİDEOAğdamda məktəbli qız Bərdə sakini ilə qaçdıRusiyada partladılan avtomobildə Müdafiə Nazirliyinin idarə rəisi həlak olub - FOTO - VİDEOİsveçdə daimi yaşayış icazəsi ləğv edildi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Pivə zavodundan Xəzər dənizinə çirkab axıdılması iddialarına rəsmi cavab: "İstehsal çoxdan dayanıb" - VİDEO
Pivə zavodundan Xəzər dənizinə çirkab axıdılması iddialarına rəsmi cavab: "İstehsal çoxdan dayanıb" - VİDEO
Cəmiyyət

Pivə zavodundan Xəzər dənizinə çirkab axıdılması iddialarına rəsmi cavab: "İstehsal çoxdan dayanıb" - VİDEO

19:06
0 baxış
Paylaş:

"Bakının Xətai rayonu ərazisində yerləşən pivə zavodunun çirkab sularını birbaşa Xəzər dənizinə axıtması ilə bağlı iddialar əsassızdır".

"Bakının Xətai rayonu ərazisində yerləşən pivə zavodunun çirkab sularını birbaşa Xəzər dənizinə axıtması ilə bağlı iddialar əsassızdır".

Bu barədə Gundem.today-ın sorğusuna cavab olaraq "Alko LMD Azər Spirt 2024" Məhdud Məsuliyyətli Cəmiyyətindən (MMC) məlumat verilib.

Qeyd olunub ki, müəssisənin ətrafında müşahidə olunan çirkab suların zavodun fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur.

"Zavodda uzun müddətdir istehsal prosesi dayandırılıb və hazırda əraziyə, yaxud ətraf mühitə heç bir istehsal tullantısı axıdılmır. Ümumiyyətlə, müəssisə fəaliyyət göstərdiyi illər ərzində kimyəvi qatqılı təhlükəli tullantıların ətraf mühitə atılmasından söhbət belə gedə bilməz. Hazırda müəssisədə istehsal prosesi həyata keçirilmədiyindən orada yalnız mühafizə xidməti fəaliyyət göstərir. Bu səbəbdən ərazidə müşahidə olunan çirkab suların müəssisənin fəaliyyəti ilə əlaqələndirilməsi tamamilə əsassızdır", - deyə açıqlamada bildirilir.

Bakının Xətai rayonu ərazisində yerləşən pivə zavodu çirkab suları birbaşa Xəzər dənizinə axıdır.

Gundem.today xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.

Bildirilib ki, axıdılan zəhərli maddə hektarlarla ərazidə suda yaşayan canlıların məhvinə səbəb olur.

"Külli miqdarda balıqlar zəhərlənir, insan sağlamlığı üçün ciddi təhlükə yaradır", - deyə şikayətdə bildirilir.

Gundem.today-ın sorğusuna cavab olaraq Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən bildirilib ki, axıdılan kəskin qoxulu qırmızımtıl-qonur rəngli tullantı sularının laboratoriya sınaqları aparılıb.

"Xidmətimizin əməkdaşları tərəfindən 2026-cı il mayın 8-də keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Xətai rayonu, Pivəzavod küçəsi ünvanında fəaliyyət göstərən "Alko LMD Azər Spirt 2024" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus spirtli içkilərin istehsalı zavodunda formalaşan tullantı sularının əvvəlcə açıq axarla, daha sonra isə diametri 300 mm olan yeraltı plastik boru xətti ilə Xəzər dənizi istiqamətində axıdıldığı müəyyən edilib.

Axıdılan kəskin qoxulu qırmızımtıl-qonur rəngli tullantı sularının tərkibinin müəyyən olunması məqsədilə götürülmüş su nümunələrinin laboratoriya sınaqları aparılıb. Laborator analiz nəticələrinə əsasən, su nümunələrində asılı maddələrin, oksigenə kimyəvi tələbatın (OKT), oksigenə bioloji tələbatın (OBT5) və ammoniumun miqdarının yol verilən qatılıq həddindən dəfələrlə yüksək olduğu üzə çıxıb.

Qeyd etmək istəyirik ki, tullantı sularının tərkibində OBT5, OKT və asılı maddələrin miqdarının normadan artıq olması Xəzər dənizi ekosisteminə və su bioresurslarına ciddi mənfi təsir göstərir. Belə ki, OBT5 və OKT göstəricilərinin yüksək dərəcəsi suda çoxlu üzvi və kimyəvi çirkləndiricinin olduğunu göstərir ki, bu maddələrin parçalanması suda həll olmuş oksigenin sürətlə azalmasına və nəticədə su canlılarının oksigen çatışmazlığından məhvinə səbəb ola bilər. Eyni zamanda, asılı maddələrin çox olması günəş işığının suyun dərin qatlarına keçməsini məhdudlaşdırır, fotosintezi zəiflədir, dib canlılarının üzərini örtərək onların məhvolma riskini artırır.

Aşkar edilmiş faktlara əsasən, Azərbaycan Respublikasının Su Məcəlləsinin, "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 sentyabr 1999-cu il tarixli 146 saylı Qərarı ilə təsdiq edilmiş "Balıqçılıq su obyektlərinə zərərli təsirlərin yol verilən normaları"nın tələblərinin pozulduğu müəyyən edilib.

Bu da öz növbəsində, dəniz ətraf mühitini quruda olan mənbələrdən çirkləndirməklə insan sağlamlığı və dənizin canlı sərvətləri üçün zərərli olan, yaxud dənizdən qanuni istifadəyə mane olan maddələri və ya materialları tullama qaydalarını pozmaqla dəniz ətraf mühitini çirkləndirməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 252.1-ci, eyni zamanda, yerüstü və ya yeraltı suların, istifadə olunan su mənbələrinin çirkləndirilməsi, tükənməsi və ya onların təbii xassələrinin başqa cür dəyişdirilməsi, balıq və digər su bioresurslarına əhəmiyyətli zərərin vurulması ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 250.1-ci maddəsinin tələbinə əsasən cinayət tərkibinin əlamətləri olduğundan iş üzrə toplanmış materiallar pozuntunun qarşısının alınması və məsələyə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Sakin_şikayəti#Xətai_rayonu#Çirkab_suları#Suların_İstifadəsinə_və_Mühafizəsinə_Dövlət_Nəzarəti_Xidməti#Su_Nəqliyyatında_Polis_İdarəsi

Oxşar Xəbərlər

Ölkəmizdə psixi xəstələrin sayı sürətlə artır - ŞOK RƏQƏMLƏRCəmiyyət

Ölkəmizdə psixi xəstələrin sayı sürətlə artır - ŞOK RƏQƏMLƏR

2025-ci ildə psixoaktiv maddələrin qəbulu ilə bağlı olan pozuntular istisna olmaqla, psixi və davranış pozuntuları diaqnozu ilk dəfə qoyulmuş 6 063 nəfər qeydiyyata alınıb.

22:480
Şahbuz rayonunun Kükü kəndinə dolu düşüb - VİDEOCəmiyyət

Şahbuz rayonunun Kükü kəndinə dolu düşüb - VİDEO

Naxçıvan Muxtar Respublikasında qeyri-sabit hava şəraiti hökm sürür.

21:360
Əhliman Əmiraslanov və Abel Məhərrəmova VƏZİFƏ VERİLDİCəmiyyət

Əhliman Əmiraslanov və Abel Məhərrəmova VƏZİFƏ VERİLDİ

Azərbaycan Ağsaqqallar Şurası (AAŞ) sədrinə yeni müavinlər təyin olunub.

20:080
Sakinlərin NƏZƏRİNƏ: Paytaxtın bəzi ərazilərində qaz olmayacaqCəmiyyət

Sakinlərin NƏZƏRİNƏ: Paytaxtın bəzi ərazilərində qaz olmayacaq

Paytaxtın bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.

21:120