
Premyer Liqa: "Turan Tovuz"a qalib gələn "Qarabağ" rəqibindən bir qədər də uzaqlaşıb - VİDEO
Misli Premyer Liqasının 30-cu turunda "Qarabağ" "Turan Tovuz"la qarşılaşıb.
Misli Premyer Liqasının 30-cu turunda "Qarabağ" "Turan Tovuz"la qarşılaşıb.
Gundem.today xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib.
Hesabı 50-ci dəqiqədə "köhlən atlar"ın heyətində cərimə zərbəsindən Leandro Andrade açıb. 4 dəqiqə sonra Mateus Silva fərqi iki topa yüksəldib. Qərb kollektivinin gücü təsəlli qoluna çatıb. 76-cı dəqiqədə Ayxan Hüseynov uzaq məsafədən vurduğu qüvvətli zərbə ilə yekun hesabı müəyyənləşdirib.
Çempionluq şansını itirən Ağdam təmsilçisi turnir cədvəlində (62 xal) ikinci pillədəki yerini möhkəmləndirib. Bununla da komanda üçüncü sırada yer alan Tovuz klubundan (56 xal) bir qədər də uzaqlaşıb.
Misli Premyer Liqasında XXX turun daha bir oyunu bu gün keçiriləcək.
Gundem.today xəbər verir ki, "Qarabağ" "Turan Tovuz"la münasibətlərə aydınlıq gətirəcək.
Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 19:30-da start götürəcək. Görüşün baş hakimi Rəşad Əhmədov olacaq.
Çempionluq şansını itirən Ağdam təmsilçisi 59 xalla ikinci pillədə qərarlaşıb. Tovuz klubu 56 xalla üçüncü sıradadır.
Xatırladaq ki, tura mayın 5-də "Karvan-Yevlax" - "Neftçi" matçı ilə yekun vurulacaq. Daha əvvəl "Kəpəz" "Sumqayıt"ı (2:1), "İmişli" "Araz-Naxçıvan"ı (1:0), "Sabah" "Şamaxı"nı (3:0), "Zirə" "Qəbələ"ni (1:0) məğlub edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Real Madrid"in müdafiəçisi Ferlan Mendi mövsüm ərzində beşinci dəfə zədələndi
İspaniyanın "Real Madrid" klubunun müdafiəçisi Ferlan Mendi bud nahiyəsindən zədə alıb.
İdmanDövlət qurumlarının əməkdaşları arasında voleybol yarışı keçirilib
Dövlət qurumlarının əməkdaşları arasında voleybol yarışı keçirilib.
İdmanPremyer Liqa: "Turan Tovuz"a qalib gələn "Qarabağ" rəqibindən bir qədər də uzaqlaşıb
Misli Premyer Liqasının 30-cu turunda "Qarabağ" "Turan Tovuz"la qarşılaşıb.
İdmanİngiltərə Premyer Liqası: "Çelsi" doğma meydanda "Nottingem Forest"ə məğlub oldu
İngiltərə Premyer Liqasının 35-ci turu çərçivəsində "Çelsi" öz meydanında "Nottingem Forest"i qəbul edib.