Prezidentin Qırğızıstan səfərinin xüsusi önəmi: Azərbaycanın Mərkəzi Asiyada artan strateji çəkisi
"Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində son dövrdə baş verən dəyişikliklər artıq ayrı-ayrı ikitərəfli əlaqələrdən daha geniş siyasi və geoiqtisadi mənzərə formalaşdırır. Xüsusilə Azərbaycanın region dövlətləri ilə siyasi dialoqunun intensivləşməsi, Xəzərin iki sahili arasında nəqliyyat və enerji bağlantılarının genişlənməsi, Orta Dəhlizin əhəmiyyətinin artması, Bakının Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələndirici rolunun güclənməsi yeni regional reallıqlar yaradır. Sözügedən proses Azərbaycanın Avrasiyanın dəyişən geosiyasi xəritəsində mövqeyinin də getdikcə möhkəmləndiyini göstərir. Bu baxımdan Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirak etmək məqsədilə Qırğız Respublikasına işgüzar səfəri xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, ölkə başçımızın səfəri Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə artan siyasi və iqtisadi əlaqələrinin, eləcə də regionlararası əməkdaşlığın inkişafına verdiyi önəmin növbəti nümayişidir".