
"Qalatasaray"dan ilin transfer bombası: "Mançester Siti"nin ulduzu Türkiyəyə gəlir? - FOTO
Türkiyənin "Qalatasaray" klubu transfer bazarında səs-küy yaradacaq addıma hazırlaşır. İstanbul nəhənginin İngiltərənin "Mançester Siti" klubundan portuqaliyalı ulduz Bernardo Silvanı heyətinə qatmağı planlaşdırır.
Türkiyənin "Qalatasaray" klubu transfer bazarında səs-küy yaradacaq addıma hazırlaşır. İstanbul nəhənginin İngiltərənin "Mançester Siti" klubundan portuqaliyalı ulduz Bernardo Silvanı heyətinə qatmağı planlaşdırır.
Gundem.today xəbər verir ki, Superliqa təmsilçisi cari mövsümün sonunda müqavilə müddəti başa çatacaq 31 yaşlı yarımmüdafiəçinin transferi üçün artıq danışıqlara başlayıb.
Təcrübəli futbolçunun özünün də mövsüm bitdikdən sonra komandadan getmək niyyətində olduğu bildirilir. Hazırda bazar dəyəri 27 milyon avroya bərabər olan Silva müqaviləsi yekunlaşacaq futbolçular siyahısında ən bahalı və diqqətçəkən adlardan biridir.
Yayılan iddialara əsasən, portuqaliyalı ulduza yalnız Türkiyədən deyil, Avropanın bir sıra aparıcı klublarından, həmçinin Səudiyyə Ərəbistanı və MLS komandalarından da ciddi maraq var.
Xatırladaq ki, Bernardo Silva 2017-ci ildə 50 milyon avro qarşılığında "Monako"dan "Mançester Siti"yə keçmişdi. İngiltərə təmsilçisində çıxış etdiyi doqquz mövsüm ərzində altı dəfə Premyer Liqa çempionu olan və UEFA Çempionlar Liqasının kubokunu başı üzərinə qaldıran futbolçu, 449 matçda iştirak edərək klub tarixində ən çox meydana çıxan oyunçulardan birinə çevrilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Liverpul"un yeni transfer hədəfi: Luis Suares Premyer Liqaya yollanır?
Portuqaliyanın "Sportinq" klubunda çıxış edən 28 yaşlı kolumbiyalı hücumçu Luis Suares "Liverpul"a transfer oluna bilər. Oyunçu ilə "Nyukasl" da maraqlanır.
İdman"Fənərbağça"nın prezidenti Sadettin Saran QƏZAYA DÜŞDÜ
Türkiyənin "Fənərbağça" klubunun prezidenti Sadettin Saran Ataşehirdə avtomobil qəzasına düşüb. Hadisənin təfərrüatları və onun son səhhəti barədə məlumat.
İdmanViktor Osimhen İngiltərə nəhənginə çağırıldı
"Mançester Yunayted"in sabiq ulduzu Nikki Batt "Qalatasaray"da parlayan Viktor Osimhenin İngiltərə klubu üçün ən ideal və doğru transfer hədəfi olduğunu açıqlayıb.
İdmanManuel Noyer "Bavariya"nın məşqlərinə qayıtdı
Almaniya nəhəngi "Bavariya"nın əvəzolunmaz qapıçısı və kapitanı Manuel Noyer yenidən komanda ilə birlikdə məşqlərə start verib.