Son dəqiqə
Dubayda yaşamaq icazəsi almaq qaydaları asanlaşdırıldıİçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilirTərtərə qonaq gedən kişi arı sancmasından ÖLDÜBakıda yaddaşını itirmiş qadın axtarılırDiplomatik korpusun nümayəndələri Laçında - FOTO - VİDEOABŞ Almaniyadan beş min hərbçisini çıxarır
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Qapalı kanallar və şifrəli mesajlar: Azərbaycana qarşı informasiya hücumunun detalları açıqlandı
Qapalı kanallar və şifrəli mesajlar: Azərbaycana qarşı informasiya hücumunun detalları açıqlandı
Siyasət

Qapalı kanallar və şifrəli mesajlar: Azərbaycana qarşı informasiya hücumunun detalları açıqlandı

Bu gün
10:54
0 baxış
Paylaş:

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası ermənipərəst dairələr tərəfindən Azərbaycana qarşı həyata keçirilən informasiya kampaniyasına dair açıqlama yayıb.

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası ermənipərəst dairələr tərəfindən Azərbaycana qarşı həyata keçirilən informasiya kampaniyasına dair açıqlama yayıb.

Gundem.today sözügedən açıqlamanı təqdim edir:

"Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası (Komissiya) öz səlahiyyətləri çərçivəsində apardığı monitorinqlər zamanı son günlər Azərbaycanı, eləcə də Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyini hədəfləyən dezinformasiya kampaniyasının həyata keçirildiyi müşahidə edilib.

Araşdırmalar zamanı kampaniyanın hədəfli və vahid tezis ətrafında dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni lobbi təşkilatları, müəyyən nüfuz və vəzifə sahibi olan xarici ölkə vətəndaşları, habelə media orqanları tərəfindən aparıldığı müəyyən olunub.

Erməni lobbi təşkilatları bu dəfə qarayaxma kampaniyasını fərqli taktika seçərək bir neçə məsələ, o cümlədən qondarma "soyqırımı", "hərbi əsirlər" və Xankəndi şəhərindəki tikililər ətrafında ajiotaj yaratmaqla aparıblar. Eyni zamanda, məsələ əlaqələndirilmiş kampaniya kimi görünməsin deyə, iştirakçılara qapalı kanallar, elektron poçt və şifrələnmiş mesajlaşma platformaları vasitəsilə tezislərin verildiyi barədə faktlar aşkar edilib.

Kampaniyada ABŞ, Avropa və Rusiyada mənzillənən erməni lobbi təşkilatları xüsusi aktivlikləri ilə seçiliblər.

"X" (keçmiş "Twitter") sosial media platformasındakı kampaniyanın son bir həftəlik təhlili göstərib ki, dezinformasiya kampaniyasında 130 fərqli hesab vasitəsilə 220-dən çox paylaşım edilib, ümumilikdə bir milyona yaxın qarşılıqlı əlaqə (reaksiya) qeydə alınıb. Paylaşımlar daha çox erməniəsilli bloqerlərin, erməni xəbər saytlarının, həmçinin ermənipərəst xarici bloqer və fəalların hesablarından edilib.

Bundan əlavə, aşağıda adları çəkilən xarici ölkələrdə yerləşən, lakin o qədər də nüfuzlu olmayan bir sıra onlayn mətbu orqanlarında da oxşar tezislər əsasında yazılar gedib: ABŞ, Birləşmiş Krallıq, Belçika, Polşa, İtaliya, Meksika, İspaniya, Gürcüstan, İsrail, Vatikan, Yunanıstan, Hindistan, Rusiya, Ermənistan və s.

Komissiyanın müəyyən etdiyi faktlar bir daha göstərir ki, şəxsi məqsədlərini hər şeydən üstün tutan və vaxtilə münaqişədən yüksək dividendlər əldə edən bu dairələr bütün vasitələrdən, o cümlədən xarici ölkə parlamentlərindəki əlaltılarının, bir sıra şəhər merlərinin, hazırda və keçmişdə müəyyən vəzifə tutan şəxslərin xidmətlərindən istifadə etməklə Ermənistan və Azərbaycan arasında davam edən kövrək sülh prosesinə zərbə vurmağa, dövlətlərarası münasibətləri korlamağa çalışırlar".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Milli_Məclis#Ermənistan#Azərbaycan

Oxşar Xəbərlər

Aleksandr Esaulenko: "Azərbaycanın Qarabağın bərpasına dair layihələri heyranlıq doğurur"Siyasət

Aleksandr Esaulenko: "Azərbaycanın Qarabağın bərpasına dair layihələri heyranlıq doğurur"

"Azərbaycan rəhbərliyinin Qarabağ bölgəsində tarixi abidələrin bərpasına münasibəti səmimi hörmət doğurur".

Bu gün
11:120
Muhammad Nasar Hayat: "FAO Qarabağda yeni layihələr planlaşdırır"Siyasət

Muhammad Nasar Hayat: "FAO Qarabağda yeni layihələr planlaşdırır"

"Azərbaycanın Qarabağ regionuna hər yeni səfərdən sonra nəzərəçarpan irəliləyiş və inkişaf müşahidə olunur".

Bu gün
10:370
İlhom Abdurahmon: "Qarabağ xeyirxahlıq, sevgi və rifah məkanı olmalıdır"Siyasət

İlhom Abdurahmon: "Qarabağ xeyirxahlıq, sevgi və rifah məkanı olmalıdır"

"Qarabağa hər səfərdə Şuşada daha çox yeni obyekt açılır və biz şəhərin genişmiqyaslı bərpasının, eləcə də inkişafının şahidi oluruq".

Bu gün
10:240
Alyona Əliyeva açılışı olan İslam Səfərli küçəsi ilə bağlı paylaşım edib - FOTOSiyasət

Alyona Əliyeva açılışı olan İslam Səfərli küçəsi ilə bağlı paylaşım edib - FOTO

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışından paylaşım edib.

Bu gün
01:340