
Qarsda Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilib
Azərbaycanla Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçirilən "Heydər Əliyev-2026" birgə təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.
Azərbaycanla Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçirilən "Heydər Əliyev-2026" birgə təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.
Gundem.today xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Tədbirdə Əlahiddə Ümumqoşun Ordunun bir qrup hərbi qulluqçusu və Azərbaycanın Türkiyədəki hərbi attaşelik aparatının nümayəndələri iştirak edib.
Əvvəlcə hərbi təyinatlı müasir silah və döyüş texnikaları, həmçinin ərazidə bölmələrin yerləşməsi və mərhələlər üzrə icra olunacaq fəaliyyətlər haqqında məlumat verilib.
Planla tanışlıqdan sonra qonaqlar komanda məntəqəsində təlimin gedişatını izləyiblər. Təlim poliqonunda cəlb olunan iştirakçılar tərəfindən müxtəlif epizodlar praktiki icra olunub. Sonda təlimdə fərqlənən hərbi qulluqçular həvəsləndirilib və xatirə şəkli çəkdirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaRusiyada Pavel Durova çağırış vərəqəsi gəlib
"Telegram" mesencerinin təsisçisi Pavel Durova "Şübhəli bilinən Durov P.V." qeydi olan çağırış vərəqəsi daxil olub. Sənəd Durovun 20 il əvvəl Rusiyada qeydiyyatda olduğu ünvana göndərilib.
DünyaVaşinqton metrosunda qəza: 11 nəfər xəsarət alıb
ABŞ-nin paytaxtı Vaşinqtonda metroda baş verən qəza nəticəsində 11 nəfər xəsarət alıb.
DünyaƏrdoğan: "İran-ABŞ qarşıdurmasının nəticələri daha ağır ola bilər"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə telefon danışığı aparıb.
DünyaTramp İran hökumətinə təşəkkür etdi
Hökumət əleyhinə etirazlara görə ölüm hökmünə məhkum edilmiş səkkiz iranlı məhbus qadın İran hakimiyyəti tərəfindən əfv edilib.