Qasım Süleymaninin qızı Səudiyyə Ərəbistanı və BƏƏ rəhbərliyinə xəbərdarlıq etdi - VİDEO
Dünya

Qasım Süleymaninin qızı Səudiyyə Ərəbistanı və BƏƏ rəhbərliyinə xəbərdarlıq etdi - VİDEO

İndi
22:12
1 baxış
Paylaş:

SEPAH-ın ABŞ tərəfindən öldürülən generalı Qasım Süleymaninin qızı Zeynəb Süleymani sosial şəbəkədə paylaşım edib.

SEPAH-ın ABŞ tərəfindən öldürülən generalı Qasım Süleymaninin qızı Zeynəb Süleymani sosial şəbəkədə paylaşım edib.

Gundem.today "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, Z.Süleymani videogörüntü paylaşaraq Səudiyyə Ərəbistanı və BƏƏ rəhbərliyinə xəbərdarlıq edib.

"İstər Amerika olsun, istər Səudiyyə Ərəbistanı, istərsə də hər hansı başqa bir güc - nəsə etmək istəsələr də, bacarmazlar. Bu, ilahi iradədir. Bunlar heç bir əhəmiyyət kəsb etmir",da deyilir.

Z.Süleymani videonu paylaşdıqdan sonra qeyd edib ki, Səudiyyə Ərəbistanı və BƏƏ də daxil olmaqla bəzi Körfəz ölkələri ABŞ-İsrail təzyiqlərini pərdəarxası şəkildə təhrik edir və dəstəkləyir.

"Biz onları xəbərdar edirik ki, "müqavimət oxu"ndakı Hacı Qasım məktəbinin davamçıları xainlər üçün geniş planlar hazırlayıblar. Hacı Qasimin gözlərindəki qəzəbi xatırlayırsınızmı? İndi o gözləri döyüş meydanındakı İslam ordusu əsgərlərində görmək mümkündür", - deyə Z.Süleymani bildirib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Qasım_Süleymani#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)#İslam_İnqilabı_Keşikçiləri_Korpusu_(SEPAH)#Səudiyyə_Ərəbistanı#Birləşmiş_Ərəb_Əmirlikləri_(BƏƏ)

Oxşar Xəbərlər