
Qayana və Perudan ABŞ-yə gətirilən nadir heyvanlar tələf olub
Qayana və Perudan gətirilən 30 ərincək ABŞ-də lazımi saxlanma şəraiti olmadığından ölüb.
Qayana və Perudan gətirilən 30 ərincək ABŞ-də lazımi saxlanma şəraiti olmadığından ölüb.
Gundem.today xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Heyvanların Florida ştatının Orlando şəhərində yerləşən əyləncə mərkəzi üçün alındığı bildirilib.
Ərincəklərin yerləşdirildiyi anbar soyuq hava şəraitində heyvanların saxlanması üçün lazımi qaydada hazırlanmayıb. Binada elektrik və su təchizatı da olmayıb.
Hipotermiya nəticəsində Qayanadan gətirilmiş 21 heyvan ölüb. Perudan gətirilmiş iki ərincək daşınma zamanı tələf olub, daha səkkiz heyvan isə yorğunluqdan həyatını itirib.
Xəbərdə qeyd olunur ki, Mərkəzi Amerika və Cənubi Amerikada yaşayan bu heyvanlar iqlim dəyişikliyi səbəbindən nəsli kəsilmə təhlükəsi ilə üzləşə bilər. 2100-cü ilə qədər temperaturun 2-6 dərəcə artacağı proqnozlaşdırılır. Bu isə yüksək dağlıq ərazilərdə yaşayan ərincəklərdə enerji emalı imkanlarının məhdudluğu səbəbindən ciddi metabolik gərginlik yarada bilər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTrampın olduğu tədbirdə atəş açan şəxs kimi hədəfə aldığını açıqlayıb
ABŞ Prezidenti Donald Trampın "Washington Hilton" hotelində iştirak etdiyi tədbirdə atəş açmaqda şübhəli bilinən Koul Tomas Allen bəyan edib ki, onun hədəfi dövlət başçısının özü deyil, administrasiya rəsmiləri olub.
DünyaMonqolustanda güclü zəlzələ baş verdi, Çində də hiss olundu
Monqolustanda 6.0 maqnitudalı zəlzələ qeydə alınıb.
DünyaKolumbiyada terror aktı: Yeddi ölü, 20-dən çox yaralı - VİDEO
Kolumbiyada Panamerika şosesində baş vermiş partlayış nəticəsində yeddi nəfər həlak olub, 20-dən çox insan yaralanıb.
DünyaTrampın iştirakı ilə keçirilən tədbirdə atəş açan şəxs İranla bağlantılı olub?
ABŞ Prezidenti Donald Tramp "Washington Hilton" hotelində Ağ Evin nəzdindəki Müxbirlər Assosiasiyasının tədbiri zamanı baş vermiş atışmanın ABŞ-nin İrana qarşı hərbi əməliyyatı ilə bağlı olmasına şübhə ilə yanaşıb.