Son dəqiqə
Nəsimi rayonunda "Təmiz hava" aylığı ilə bağlı tədbir keçirilib - VİDEOİtaliyanın Baş naziri Corcia Meloni Azərbaycana rəsmi səfərə gəlibTürkiyə və Ermənistan arasında müqavilə imzalandı - FOTOKanada Ukraynaya 200 milyon dollarlıq hərbi dəstək göndərdiPaytaxtın bir sıra küçələrində sıxlıq müşahidə olunur - FOTO - 04.05.2026"Space"in yeni rəhbəri kimdir? - DOSYE
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. "Qiyamət günü" radiostansiyası may ayında ilk mesajını göndərdi
"Qiyamət günü" radiostansiyası may ayında ilk mesajını göndərdi
Dünya

"Qiyamət günü" radiostansiyası may ayında ilk mesajını göndərdi

Bu gün
17:00
0 baxış
Paylaş:

"Qiyamət günü" ("UVB-76") radiostansiyası bir aydan sonra ilk dəfə yeni mesaj yayımlayaraq efirə çıxıb.

"Qiyamət günü" ("UVB-76") radiostansiyası bir aydan sonra ilk dəfə yeni mesaj yayımlayaraq efirə çıxıb.

Gundem.today-ın xəbərinə görə, bu barədə stansiyanın fəaliyyətini izləyən "UVB-76 Loqi" "Telegram" kanalı məlumat verib.

Məlumata görə, mayın 4-də, Bakı vaxtı ilə saat 13:47-də "Qiyamət günü" radiostansiyası "üzən baza" sözünü ehtiva edən şifrəli mesaj ötürüb. Bu, stansiyanın belə məzmunda mesaj göndərdiyi ilk haldır. Əvvəlki mesaj aprelin 30-da qeydə alınıb.

Qeyd edək ki, "UVB-76" daimi şəkildə monoton "vızıltı" səsi yayımlaması ilə tanınır və bəzən bu, anlaşılmaz ifadələr, rəqəmlər və ya mənasız söz ardıcıllığı ilə müşayiət olunur. Radiostansiyanın Rusiya Silahlı Qüvvələrinə aid olduğu güman edilir, lakin onun məqsədi barədə dəqiq heç nə məlum deyil.

Belə bir fikir də var ki, bu stansiya SSRİ-də soyuq müharibə illərində hazırlanmış "Perimetr" sistemi ilə əlaqəlidir. Bu sistemi ABŞ-də isə "Ölü əl" adlandırırlar. O, kommunikasiyaların pozulması halında kütləvi nüvə cavab zərbəsini avtomatik idarə etmək üçün nəzərdə tutulub. "Perimetr" baş qərargahdan verilən əməliyyat əmrlərinin idarəetmə mərkəzlərinə və döyüşə hazırlıq vəziyyətində olan fərdi raket buraxılış qurğularına etibarlı şəkildə çatdırılmasını təmin edir.

Bəzi qeyri-adi ifadələr hərbi məqsədlər üçün rabitə vasitəsi kimi istifadə edilə bilər. Fərziyyə var ki, səsli mesajların əsas məqsədi şəxsi heyətin nüvə sualtı qayıqları kimi hədəf obyektlərinə döyüş hazırlığını təsdiq etməkdir.

Həmçinin radiosiqnalların astronomik rəsədxanalarda istifadə üçün nəzərdə tutulmuş ola biləcəyi də düşünülür, hansı ki, ionosferdəki dəyişiklikləri təhlil edir və ya hətta yerdənkənar sivilizasiyalarla əlaqə yaratmaq üçün tətbiq edilir. Lakin bu çox sayda nəzəriyyələrin heç biri etibarlı faktlarla təsdiqlənməyib.

Raketlərlə bağlı versiya səbəbindən "Buzzer"i həm də "Qiyamət günü" radiostansiyası adlandırırlar: guya o, nüvə münaqişəsi zamanı qərar verən şəxslərin ölümü halında raketlərin buraxılması üçün olan siqnalın avtomatik ötürülməsi üçün nəzərdə tutulub.

Stansiyanın dəqiq yeri hələ də tam şəkildə müəyyən edilməyib. Əvvəlcə onun Qərb hərbi dairəsində, Moskva vilayətinin Povarovo kəndi yaxınlığında yerləşdiyi güman edilirdi, sonra Leninqrad vilayətinin Kerro kəndinə köçürüldüyü və hazırda Naro-Fominskdən fəaliyyət göstərdiyi ehtimal edilir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#“Qiyamət_günü”_radiostansiyası#“UVB-76”#şifrəli_mesaj#sirli_radio_siqnal#üzən_baza#“UVB-76_loqi”#sirli_radiostansiya#şifrəli_ismarıc#radio_efiri

Oxşar Xəbərlər

Türkiyə və Ermənistan arasında müqavilə imzalandı - FOTODünya

Türkiyə və Ermənistan arasında müqavilə imzalandı - FOTO

Türkiyə və Ermənistan tarixi Ani körpüsünün bərpasını müştərək şəkildə həyata keçirəcəklər.

Bu gün
18:040
Kanada Ukraynaya 200 milyon dollarlıq hərbi dəstək göndərdiDünya

Kanada Ukraynaya 200 milyon dollarlıq hərbi dəstək göndərdi

PURL proqramı xətti ilə Kanada rəhbərliyi tərəfindən Ukraynaya 200 milyon dollar dəyərində hərbi yardım paketi ayrılıb.

Bu gün
18:000
Avstriya casusluqda şübhəli bilinən üç rusiyalı diplomatı ölkədən çıxardıDünya

Avstriya casusluqda şübhəli bilinən üç rusiyalı diplomatı ölkədən çıxardı

Avstriya hökuməti Rusiyanın üç diplomatını arzuolunmaz şəxs elan edib. Həmin şəxslər casusluq fəaliyyətində şübhəli bilindikləri üçün ölkə ərazisindən çıxarılıblar.

Bu gün
17:440
Çində 132 nəfərin ölümü ilə nəticələnən aviaqəzanın səbəbi bilindiDünya

Çində 132 nəfərin ölümü ilə nəticələnən aviaqəzanın səbəbi bilindi

"China Eastern Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması qəsdən törədilmiş hərəkətin nəticəsi ola bilər.

Bu gün
17:320