
Qum üzərində dinamik idman: Çimərlik voleybolunun cəlbediciliyi - FOTOREPORTAJ
Çimərlik voleybolu qum örtüklü meydançada komandalar arasında oynanan və dünya üzrə geniş yayılmış idman növlərindən biridir.
Çimərlik voleybolu qum örtüklü meydançada komandalar arasında oynanan və dünya üzrə geniş yayılmış idman növlərindən biridir.
Gundem.today PhotoStock.az-a istinadən xəbər verir ki, bu idman növü yüksək çeviklik, dözümlülük, sürətli qərarvermə və komanda işini tələb edir.
Dinamik və tamaşaçılar üçün maraqlı olması çimərlik voleybolunun populyarlığını daha da artırır.
O, 1996-cı ildən etibarən Olimpiya Oyunlarının proqramına daxil edilib və beynəlxalq səviyyədə nüfuzlu yarışlarla təmsil olunur. Azərbaycanda da çimərlik voleybolunun inkişafına xüsusi diqqət yetirilir.
Bu məqsədlə qadınlardan və kişilərdən ibarət milli yığma komandaların məşqləri müasir idman infrastrukturu ilə seçilən Su İdmanı Sarayında keçirilir.
Burada yaradılmış şərait idmançıların peşəkar hazırlığına, beynəlxalq yarışlara yüksək səviyyədə hazırlaşmasına və bu idman növünün ölkədə daha da inkişafına imkan yaradır.
Daha çox foto burada: PhotoStock.az
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Qarabağ" bir gündə iki yoldaşlıq görüşü keçirəcək
"Qarabağ" futbol klubunun 2026/2027 mövsümünə hazırlıq planı bəlli olub.
İdmanAzərbaycanın U-21 millisi yoxlama matçında Qırğızıstana məğlub oldu
Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycanın U-21 milli komandası bu gün Qırğızıstan yığması ilə ikinci yoxlama oyununa çıxacaq. Görüş saat 18:00-da başlayacaq.
İdmanÇövkən üzrə dünya çempionatı: Niger Polşa millisinə qalib gəldi - FOTO - VİDEO
İyunun 9-da Bakıda keçirilən çövkən üzrə 2-ci dünya çempionatının növbəti oyununda Niger və Polşa milli komandaları qarşılaşıblar.
İdmanÇövkən üzrə dünya çempionatı: Azərbaycan-Çili oyunu heç-heçə bitdi - FOTO - VİDEO
İyunun 9-da Bakıda keçirilən çövkən üzrə 2-ci dünya çempionatının növbəti oyununda Azərbaycan və Çili milli komandaları qarşılaşıblar.