
"Quzghun", "Qırghı" və "Qırghı-S" ilk dəfə "SAHA 2026"da - FOTO
Azərbaycanın zərbə dronları İstanbulda "SAHA 2026" Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisində nümayiş olunur.
Azərbaycanın zərbə dronları İstanbulda "SAHA 2026" Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisində nümayiş olunur.
Gundem.today "Report"a istinadən xəbər verir ki, bunlar Azərbaycanın "RD Smart" şirkətinin istehsal etdiyi "Quzghun", "Qırghı" və "Qırghı-S" dronlarıdır.
"Quzghun" zərbə dronu həm kəşfiyyat aparır, həm də optik yaxınlaşdırma imkanı ilə daha uzaq məsafədə olan hədəfləri aşkar edə bilir. Eyni zamanda, aparat ağıllı sistemlə hərəkətdə olan və olmayan hədəfi seçməklə nəzarətdə saxlayır. Pilotun "Vur" düyməsini sıxması ilə hədəfə avtonom dalış edir.
"Qırghı-S" "FPV" tipli drondur, lakin indiki müasir tələblərə uyğun hazırlanmış bu drona "FPV plus" demək olar. Bu drona ağıllı kompüter sistemi qurulub. Bu o deməkdir ki, sifarişə uyğun olaraq dron döyüş növlərini dəyişə bilər. Bu, pilotun işini daha da yüngülləşdirir və dronun döyüş gücünü artırır. Eyni zamanda, aparat idarə olunan gecə-gündüz kamerası ilə təchiz olunub. Bu isə pilotun görmə bucaqlarını daha da genişləndirir.
"RD Smart" şirkətinin nümayəndəsi Bəhruz Bağırov bildirib ki, hazırda sərgiyə 3 dronla qatılıblar.
"ADEX-2026-da isə ən yeni və heç yerdə təqdim olunmamış bir neçə məhsulla iştirak edəcəyik", - o əlavə edib.
Qeyd edək ki, 30 sentyabr-2 oktyabr 2026-cı il tarixlərində Bakı şəhərində növbəti "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə və "Securex Caspian 2026" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə sərgiləri keçiriləcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
OrduHərbçilərimizin Türkiyədə iştirak etdiyi çoxmillətli birgə təlimdən GÖRÜNTÜLƏR
Türkiyə Respublikasında Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun iştirakı ilə keçirilən "EFES - 2026" çoxmillətli birgə müştərək təlimi uğurla davam edir.
OrduAzərbaycan və Türkiyə zirehli texnikaları birgə modernləşdirəcək
Azərbaycan Müdafiə Nazirliyinin tabeliyində olan "MİRAS Hərbi-Sənaye Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Türkiyənin "Makine ve Kimya Endüstrisi" (MKE) şirkəti arasında zirehli texnikaların modernizasiyasına dair Anlaşma Memorandumu imzalanıb.
OrduAzərbaycanın yeni KAMİKADZE DRONLARI - FOTO
Azərbaycanın müdafiə sənayesi sahəsində fəaliyyət göstərən "Arkan İnnovations LLC" şirkəti üç yeni kamikadze dron istehsal edib.
OrduAzərbaycan ilə Türkiyə hərbi nümayəndə heyətlərinin görüşü keçirilib
Bakıda Azərbaycan ilə Türkiyə arasında kütləvi qırğın silahlarından mühafizə sahəsi üzrə qabiliyyətlərin inkişaf etdirilməsi və bu sahədə dünyada cərəyan edən hadisələrin təqib edilməsi məqsədilə görüş keçirilib.