Son dəqiqə
Ölkəmizdə psixi xəstələrin sayı sürətlə artır - ŞOK RƏQƏMLƏREIA Azərbaycanda neft hasilatı üzrə proqnozunu yüksəldibABŞ-nin hücum helikopteri İran dronu ilə vurulub - İDDİA - VİDEOAğdamda məktəbli qız Bərdə sakini ilə qaçdıRusiyada partladılan avtomobildə Müdafiə Nazirliyinin idarə rəisi həlak olub - FOTO - VİDEOİsveçdə daimi yaşayış icazəsi ləğv edildi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İdman
  3. "Real Madrid" müdafiə xəttini yenidən qurur
"Real Madrid" müdafiə xəttini yenidən qurur
İdman

"Real Madrid" müdafiə xəttini yenidən qurur

18:50
0 baxış
Paylaş:

"Real Madrid" klubu gələn mövsüm üçün heyətini iki futbolçu ilə gücləndirib.

"Real Madrid" klubu gələn mövsüm üçün heyətini iki futbolçu ilə gücləndirib.

Gundem.today xəbər verir ki, bu barədə tanınmış idman jurnalisti Fabritsio Romano özünün "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"Kral klubu" İngiltərənin "Liverpul" komandasının müdafiəçisi İbraima Konate və İtaliyanın "İnter" klubunun arxa xətt oyunçusu Denzel Dumfrislə müqavilə imzalayıb.

İ.Konate iyunun 30-da müddəti başa çatan müqaviləsindən sonra "Liverpul"u azad agent statusunda tərk edəcək. Fransız futbolçunun "Real Madrid"lə imzaladığı müqavilə 2030-cu ilə qədər nəzərdə tutulub.

27 yaşlı Konate 2021-ci ildən bəri "Liverpul"un şərəfini qoruyurdu. O, mersisaydlıların heyətində çıxdığı 183 matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Fransız oyunçu bu müddət ərzində İngiltərə çempionu (2025), iki dəfə İngiltərə Liqa Kuboku (2022, 2024), eləcə də bir dəfə ölkə kuboku (2022) və superkubokunun (2022) qalibi olub. Karyerası ərzində Almaniyanın "Leypsiq" və Fransanın "Soşo" klublarında da çıxış etmiş müdafiəçi, Fransa millisinin heyətində 2022-ci il dünya çempionatının gümüş, 2024-cü il Avropa çempionatının isə bürünc medallarını qazanıb.

30 yaşlı Dumfris isə 2021-ci ildən "İnter"in formasını geyinirdi. Niderlandlı müdafiəçi Milan təmsilçisi ilə iki dəfə İtaliya çempionluğu (2024, 2026), üç dəfə İtaliya Kuboku (2022, 2023, 2026) və üç dəfə İtaliya Superkubokunu (2021, 2022, 2024) başı üzərinə qaldırıb. O, "İnter"də keçirdiyi 207 oyunda 27 qol vurub və 28 məhsuldar ötürmə edib. Həmçinin, Dumfris komandası ilə iki dəfə Çempionlar Liqasının finalına qədər (2023, 2025) irəliləyə bilib. Futbolçu daha əvvəl ölkəsinin "Sparta", "Herenven" və PSV klublarında da çıxış edib.

Qeyd edək ki, "Real Madrid" geridə qalan mövsümdə son 5 ildə ilk dəfə olaraq heç bir kubok qazana bilməyib. "Kral klubu" İspaniya çempionatını "Barselona"dan 8 xal geri qalaraq 2-ci yerdə başa vurub. Komanda İspaniya Kuboku ilə 1/16 final mərhələsində "Albasete"yə (2:3), Çempionlar Liqası ilə isə 1/4 finalda Almaniyanın "Bavariya" klubuna (iki oyunun nəticəsinə görə 4:6) məğlub olaraq vidalaşıb. İspaniya Superkubokunun finalında isə "Real Madrid" əzəli rəqibi "Barselona"ya boyun əyib (2:3).

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İdman#Real_Madrid#İbraima_Konate#Denzel_Dumfris#transfer#Liverpul#İnter#futbol#Fabrisio_Romano#La_Liqa#Çempionlar_Liqası.

Oxşar Xəbərlər

"Qarabağ" bir gündə iki yoldaşlıq görüşü keçirəcəkİdman

"Qarabağ" bir gündə iki yoldaşlıq görüşü keçirəcək

"Qarabağ" futbol klubunun 2026/2027 mövsümünə hazırlıq planı bəlli olub.

20:520
Azərbaycanın U-21 millisi yoxlama matçında Qırğızıstana məğlub olduİdman

Azərbaycanın U-21 millisi yoxlama matçında Qırğızıstana məğlub oldu

Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycanın U-21 milli komandası bu gün Qırğızıstan yığması ilə ikinci yoxlama oyununa çıxacaq. Görüş saat 18:00-da başlayacaq.

20:440
Çövkən üzrə dünya çempionatı: Niger Polşa millisinə qalib gəldi - FOTO - VİDEOİdman

Çövkən üzrə dünya çempionatı: Niger Polşa millisinə qalib gəldi - FOTO - VİDEO

İyunun 9-da Bakıda keçirilən çövkən üzrə 2-ci dünya çempionatının növbəti oyununda Niger və Polşa milli komandaları qarşılaşıblar.

20:060
Çövkən üzrə dünya çempionatı: Azərbaycan-Çili oyunu heç-heçə bitdi - FOTO - VİDEOİdman

Çövkən üzrə dünya çempionatı: Azərbaycan-Çili oyunu heç-heçə bitdi - FOTO - VİDEO

İyunun 9-da Bakıda keçirilən çövkən üzrə 2-ci dünya çempionatının növbəti oyununda Azərbaycan və Çili milli komandaları qarşılaşıblar.

18:580