
"Real Madrid" və "Beşiktaş"ın keçmiş baş məşqçisinə demensiya diaqnozu qoyulub
Həkimlər məşhur uelsli futbolçu və məşqçi Con Toşaka demensiya diaqnozu qoyublar.
Həkimlər məşhur uelsli futbolçu və məşqçi Con Toşaka demensiya diaqnozu qoyublar.
Gundem.today bildirir ki, bu barədə "Daily Mail" nəşrinə 77 yaşlı C.Toşakın oğlu Kemeron məlumat verib.
"Bu, dəhşətli xəstəlikdir. O, özünü qısamüddətli yaddaşda büruzə verir - mən onunla demək olar ki, hər gün danışıram və əgər biz günortadan sonra ünsiyyət qururuqsa, o, səhər danışdığımızı xatırlamaya bilər. Lakin ondan "Liverpul", "Real Sosyedad" və ya "Real Madrid"dəki dövrləri haqqında soruşduqda, detallar insanı heyrətə gətirir", - deyə K.Toşak bildirib.
Qeyd edəj ki, C.Toşak iki dəfə Uels millisinə (1994, 2004-2010) və "Real Madrid"ə (1989-1990, 1999) rəhbərlik edib, Lissabonun "Sportinq", "Real Sosyedad", "Deportivo", "Beşiktaş" klublarını və Makedoniya millisini çalışdırıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanUEFA "Benfika"nı cəzalandırdı
UEFA Çempionlar Liqasının 1/8 finalına vəsiqə uğrunda pley-off mərhələsi çərçivəsində "Real Madrid" klubuna qarşı keçirilmiş ilk oyunun nəticələrinə əsasən, "Benfika" klubuna intizam cəzası kəsib.
İdmanRafael Nadal doktorluq dərəcəsi alıb
İspaniyalı tennisçi Rafael Nadal Madrid Politexnik Universitetində doktorluq dərəcəsi alıb.
İdmanNərgiz İsmayılova Çempionlar Liqasına təyinat aldı
Azərbaycanlı mütəxəssis Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyasından (CEV) təyinat alıb.
İdman"Qalatasaray"ın futbolçusu Metehan Baltacı AZADLIĞA BURAXILDI
Futbolda mərc və oyun alqı-satqısı ilə bağlı istintaq çərçivəsində dekabrın 9-da həbs olunan "Qalatasaray"ın futbolçusu Metehan Baltacı 105 gün sonra azadlığa buraxılıb.