
Rəşad Eyubov: "Üzərində işləməli olduğumuz məqamlar kifayət qədərdir"
"Azərbaycanın U-21 millisinin üzərində işləməli olduğu məqamlar kifayət qədərdir".
"Azərbaycanın U-21 millisinin üzərində işləməli olduğu məqamlar kifayət qədərdir".
Gundem.today AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bunu komandanın baş məşqçisi Rəşad Eyubov Bəhreyn yığması ilə yoldaşlıq matçından (3:0) sonra deyib.
Mütəxəssis Türkiyənin İsparta şəhərində baş tutan qarşılaşma barədə danışarkən bəzi məqamlara toxunub:
"Hazırlıq baxımından yaxşı oyun keçirdik. Heyətdə çoxlu yeni futbolçular var. Həmçinin bəzi taktiki gedişləri də sınamaq istədim. Bu gün komandada çox şey yaxşı alındı. Amma yenə də üzərində işləməli olduğumuz məqamlar kifayət qədərdir. Bu, vaxt və zəhmət tələb edən prosesdir. Lorenzo Mezzotero və Qurban Səfərovun ilk qollarını vurmalarına çox sevindim. Hər bir qələbə bizim üçün önəmlidir. Çünki bu, komandada qalibiyyət ruhunun formalaşmasına kömək edir".
Qeyd edək ki, Türkiyədə təlim-məşq toplanışında olan U-21 növbəti yoldaşlıq matçını Qırğızıstan seçməsinə qarşı keçirəcək. Bu oyun iyunun 9-da baş tutacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Liverpul"un keçmiş hücumçusu karyerasını başa vurdu - FOTO
"Liverpul"un keçmiş hücumçusu Divok Oriqi peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
İdmanÇövkən üzrə dünya çempionatı: Uruqvay və Nigerin duelində qalib müəyyənləşmədi - VİDEO
İyunun 8-də Bakıda keçirilən Çövkən üzrə 2-ci dünya çempionatında Uruqvay və Niger yığmaları qarşılaşıb.
İdmanPremyer Liqa təmsilçisində kütləvi ayrılıq: 14 futbolçu heyəti tərk etdi - FOTO
İngiltərənin "Fulhem" klubu 14 futbolçu ilə yollarını ayırmaq qərarına gəlib.
İdman"Qarabağ" Maksim Medvedev və daha iki mütəxəssisi ilə müqaviləni yeniləyib
"Qarabağ" klubu akademiyanın baş koordinatoru Aftandil Hacıyev, baş məşqçilər - Maksim Medvedev və Rəşad Sadiqovla müqavilənin müddətini uzadıb.