
Rəsul Çunayev: "Yarışla bağlı təəssüratlarımız çox əladır"
"Yarışla bağlı təəssüratlarımız çox əladır".
"Yarışla bağlı təəssüratlarımız çox əladır".
Gundem.today xəbər verir ki, bunu Heydər Əliyev Fonunun təşəbbüsü ilə "Küləyə qalib gəl" şüarı altında keçirilən "Bakı Marafonu 2026"nın olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rəsul Çunayev deyib.
O bildirib ki, hamımız idman, marafon ab-havasındayıq:
"Bu gün burada bayram ab-havası var. Artıq iki ay idi ki, bu yarışa hazırlaşırdıq. Bütün iştirakçılara uğurlar arzu edirəm. Finalda görüşərik".
Qeyd edək ki, doqquzuncu dəfə təşkil olunan və "Küləyə qalib gəl" şüarı altında keçirilən yarış ilk dəfə olaraq peşəkar 42 kilometrlik ("Full Marathon") məsafədə təşkil ediləcək.
İştirakçılar start xəttini Dövlət Bayrağı Meydanından keçərək, Xəzər sahili boyu, Heydər Əliyev prospekti və digər mərkəzi nöqtələrdən keçməklə, finiş xəttinə - "Sea Breeze" ərazisinə çatacaqlar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanİlham Məhərrəmov: "Marafonda iştirak etməkdən məmnunuq"
"Yarış barədə təəssüratlarımız çox yaxşıdır".
İdmanAmerikalı üzgüçü Uolş dünya rekordunu yenilədi
İkiqat Olimpiya çempionu, amerikalı üzgüçü Qretçen Uolş 100 metr məsafəyə kəpənək (batterflay) üzmə üsulunda dünya rekordu yeniləyib.
İdman"Bakı Marafonu 2026"nın iştirakçısı: "Artıq beşinci dəfədir ki, bu yarışda iştirak edirik"
"Artıq beşinci dəfədir ki, bu marafonda iştirak edirik".
İdmanOxu.Az-ın "TOP-al" podkastı: İlk buraxılışda Ruslan Əmircanovdan səmimi etiraflar - VİDEO
Oxu.Az-ın yeni "TOP-al" podkastının ilk buraxılışı yayımlanıb.